Salamlar. Biz bina tikilmədən daxili kreditlə təmirsiz mənzil almışıq 1 il əvvəl. Ödəmə etməyə gedəndə binanın proyekti dəyişib dedilər. Binanın yarısı tikilib. Əvvəl mənzilimiz 78.5 kvadrat idi indi olub 83.5 kvadrat. Yəni 5 kvadrat böyüyüb.
Proyekt dəyişibmiş. Dedilər müqavilə təzələnməlidi və əlavə kvadratın pulunu aylara bölüb ödəməlisiz. 20 ayın 11 ayını ödəmişik artıq. Az bir hissə qalıb. Bu qanunla necə tənzimlənir? Axı biz əlavə 7.000azn ödəniş eləməyə imkan çatmır, bunu zorla çatdırıb..