Noyabrın 7-də Rabitabank Nəsimi filialında terminalda debet kartımdan 200 manat nağdlaşdırma əməliyyatı etdim. Həmin vaxt telefonla danışırdım deyə, vəsaiti götürmədən terminaldan uzaqlaşdım. Xeyli uzaqlaşandan sonra pulu götürmədiyimi fərq etdim və dərhal *133-ü yığıb məlumat verdim. Sonra da geri qayıdıb filialda vəziyyəti izah etdim, xanım əməkdaş dərhal müəyyən şöbə ilə əlaqə saxladı, yerində vəziyyəti aydınlaşdırmaq mümkün olmadığı üçün sorğu hazırladı və bildirildi ki, əgər vəsait götürülmürsə terminala geri qayıdır və yalnız terminal açılanda bunu müəyyən etmək olar.
Sonra araya COP29 günləri düşdü, mən isə iki gündən bir bankı yığıb narazılığımı bildirirdim ki, bu qədər vaxt keçib, bəs niyə hələ də bir məlumat yoxdur?
Bu gün telefonda hesabımı yoxladım və artıq noyabrın 26-da, yəni dünən vəsaitin kartıma geri qaytarıldığını görüb çox şad oldum. Düzdür müştərinin problemini həll etmək bankın vəzifəsidir, lakin bəzən vəzifəsini ləyaqətlə yerinə yetirməyən elə şəxslərlə qarşılaşırıq ki, belə gözəl işləri görəndə təşəkkür etməmək olmur. 200 manat ola bilsin kimlərəsə böyük pul deyil, amma itki adama pis təsir edir. Ona görə də öz diqqətsizliyim ucbatından yaşadığım problemi həll etdiyi üçün RabitəBanka və oxuyanlara təşəkkür edirəm.
Qardaş texniki xəta dünyada ən qabaqcıl şirkətlərdədə olur və davam edir, Rabitə yazıq neynəsin proqrama başa salsın ki,..