Salam,Xanımam, məşhur restoranların birində aşbaz işləyirdim,işimi sevirdim və razı idim. Mənə qəfl xəbər verildi ki, sabahdan işə gəlmə , ixtisarlar olunur, restoran maaşı ödəyə bilmir, vəziyyət gərgindir. Cavabımda onlara dedim ki,mənə toxunulmazlıq verin, ancaq işimdə qala bilim. Ya digər işçiylə növbəli gələk, nə isə alternativ yol axtarırdım. Etmədilər. Artıq 1 həftədir işsizəm, nə mənə başqa iş yeri təklif ediblər , nə heç nə. Digər işçiyə dəymədilər, mənə haqqsızlıq olundu düşünürəm. Əsəb..