Hörmətli Azərişiq sizdən şikayətim var. Dekabr ayının 9 səhər tezdən evdən xəstə anamı özümlə rayona aparmışam ( o vaxta qədərdə anam evdə tək yaşayıb, işıq sərfiyyatına görə bunu vurğulayıram) və yanvarın 5 saat 2 də rayondan mübarək evimə qayıtmışam.
Qəbz gəlib 9 manat 11 qəpik.
Ay Hörmətli Azərışıq evdə anam yaşayanda işıq pulu 12 manatdan 14 manata kimi gəlirdi.
Necə olur yaşayış olmaya olmaya bu işiq pulu yazılıb???? Evdə , həyətimizdə özü avtomatik yanan işiq var. Nə oldu elə işiq pulu ona görə yazılırdı?
Anam evdə kombini qoşurdu, qidrafon, ütü, televizor , tok peçi ( biş düş edəndır) demək belə çıxır ki, bizdə evdə işiq ancaq o həyətdə yanan lampaya gedib??? Vallah ayıbdır.
Mən indi sabah rayona gedirəm yenə, inşAllah fevralda gələnə yenə nə qədər yazacaqsız?
Absurddur. Ağlagəlməzdi.
Bir var istifadə edək, ödəyək pulu.
Bir dəfə gecikməm olmayıb, pulu vaxtında ödəyirəm. Axı bu necə olur?