Çox hörmətli Dövlət Vergi Xidməti . Artıq neçənci dəfədir, sayını unutmuşuq, Sumqayıtdan şikayətlər daxil olur ki, apteklər kartla ödəniş etmək istəyən, ƏDV çeki tələb edən vətəndaşlara düşmən kimi baxırlar. Amma bu vəziyyət deyəsən sizi narahat etmir. Çünki narahat etmiş olsaydı kiçik bir reyd keçirməniz kifayət edərdi ki, hər il dəyişən Vergi məcəlləsinin tələblərinə Sumqayıtda əhəmiyyət verilməməsinə şahid olasınız. Görünür ya işiniz çoxdur, ya maraqlı deyil, ya da xəbəriniz var, ona görə tə..