Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Aptekler edv isteyem vetendasa dusmen kimi baxir!
Adsı **d
Adsı **d
2 ay öncə
Çox hörmətli Dövlət Vergi Xidməti . Artıq neçənci dəfədir, sayını unutmuşuq, Sumqayıtdan şikayətlər daxil olur ki, apteklər kartla ödəniş etmək istəyən, ƏDV çeki tələb edən vətəndaşlara düşmən kimi baxırlar. Amma bu vəziyyət deyəsən sizi narahat etmir. Çünki narahat etmiş olsaydı kiçik bir reyd keçirməniz kifayət edərdi ki, hər il dəyişən Vergi məcəlləsinin tələblərinə Sumqayıtda əhəmiyyət verilməməsinə şahid olasınız. Görünür ya işiniz çoxdur, ya maraqlı deyil, ya da xəbəriniz var, ona görə tədbir görmürsünüz. Hər halda qeyd edək, bəlkə sizdən yuxarı orqanlar bir gün tədbir görərlər. Sumqayıtda əksər apteklərdə kartla dərman almaq istəyəndə deyirlər ki, onda endirim olmayacaq, amma nağd ödəniş edəndə heç olmasa 1 manat endirim olur. Ona görə insanlar nağd ödəniş etməyə məcbur olurlar. Bu şəkildə gördüyünüz, Sumqayıt şəhəri, 9-cu mkr-da, Ən ucuz marketin böyründə yerləşən "Dokta Aptek"də isə ksrtla ödəniş edənə kobudluq edir, ƏDV çeki verilmir, get hara istəyirsən şikayət elə deyirlər. Görünür bu aptekdə Vergi məcəlləsi işləmir, xahiş edirik tədbir görün. Bir də xahiş edirik deməyin ki, vətəndaşlar bir-bir obyektləri şikayət etsinlər. Polis narkotik satanları, cinayətkarları necə aşkara çıxarıb həbs edirsə, siz də zəhmət olmasa üzərinizə düşəni edin, operativ məzarət tədbirləri həyata keçirin ki, vətəndaşlar sahibkarlarla, apteklər, marketlər, avtoyuyucular, avtomobil hissələri satan dükan sahibləri, avtoservislər, mebel dükanları və mebel sexləri, gözəllik salonları, lazer aparatı işlədənlər və digər vergidən yayınanlarla münaqişəyə girməsinlər. Zəhmət olmasa Sumqayıta arada nəzər yetirin. #vergi
Oxunub: 58 dəfə.
Kateqoriya: Şikayətlər
aptekler   edv   isteyem   vetendasa   dusmen   kimi   baxir  
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Vergi Barədə Digər Şikayətlər
Nazi **a
Salam, hörmətli admin. Sizə sualım var. Biz yeddi ildir Maştağada 4 sot torpaqda tikdirdiyimi evdə yaşayırıq. Torpaq və ev yoldaşımın adınadır. Hər ikimiz 15 ildir təqaüdçüyük. Bu gün qəsəbə bələdiyyəsindən bizə vergi ödəmək haqqında tələb daxil olub. Biz Nizami rayonunda yaşayanda da bizə belə bir tələb gəlmişdi. Bələdiyyəyə təqaüdçü olduğumuzu bildirdik, bizi vergidən azad etdilər. Sizcə, biz Maştağadakı torpaq və ev üçün vergi ödəməliyik? Verəcəyiniz cavab üçün qabaqcadan təşəkkür edir..
0 0 0 71
Adsı **d
Çox hörmətli Dövlət Vergi Xidməti . Artıq neçənci dəfədir, sayını unutmuşuq, Sumqayıtdan şikayətlər daxil olur ki, apteklər kartla ödəniş etmək istəyən, ƏDV çeki tələb edən vətəndaşlara düşmən kimi baxırlar. Amma bu vəziyyət deyəsən sizi narahat etmir. Çünki narahat etmiş olsaydı kiçik bir reyd keçirməniz kifayət edərdi ki, hər il dəyişən Vergi məcəlləsinin tələblərinə Sumqayıtda əhəmiyyət verilməməsinə şahid olasınız. Görünür ya işiniz çoxdur, ya maraqlı deyil, ya da xəbəriniz var, ona görə tə..
0 0 0 59

Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Kapital Bank 25 ş.
Umico 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər