Deməli mən bu gün sizlərə "Azərişıq" ASC-nin bizə qarşı törətdiyi biyabırçılıqdan danışmaq istəyirəm.
Biz uzun illər ərzində(1985-ci ildən) eyni ünvanda yaşayırıq, borcumuzu həmişə vaxtlı-vaxtında ödəmişik. Həyət evidir. Heç vaxt borcun ödənilməsini gecikdirməmişik.
Bizə bu ay borcun olmaması barədə arayış lazım oldu, evi almaq istəyən şəxs istəyirdi. Mən sonuncu borcu ödəyib 0 yazıldıqdan sonra Asan kommunala getdim. Asan kommunaldakı Azərişıq əməkdaşı ev satdığımızı öyrənib kodu yoxladıqdan sonra bildirdi ki bəs sizin Barmek dövründən qalma passiv borcunuz var. Onu ödəməsəniz sizə arayış verilməyəcək. Mən onu aktivləşdirim ödəyin. Mən də məcbur olub arayışı almaq üçün 23 il bizdən tələb olunmayan "borcu" ödədim və əməkdaşa bildirdim ki bizim heç vaxt borcumuz olmayıb və mən müvafiq dövlət qurumuna müraciət edib bu borcu sildirəcəm. Hətta mənə borcu artıqlaması ilə ödətdirdi.
Arayışı alıb evə gəldikdən 1 həftə sonra sistemdə yoxlama aparıb gördüm ki bizə əlavə o qədər məbləğ də(təxminən) mövcud olmayan köhnə borc yazıblar.
"Azərişıq" ASC kimsə evini satmaq istəyəndə gətirib sizə dəfələrlə rüşvət verməlidir? Utanmırsız? Mən həm borcların silinməsi, həm də bu borcları yazan əməkdaşa və onun rəhbərinə töhmət verilməsi üçün həm məhkəməyə, həm də digər quruma müraciət edəcəm. Üstəlik arayış özü də tam düzgün tərtib olunmayıb. Arayışı verən şəxs 2 saylı "Asan Kommunal" mərkəzin əməkdaşı Mətanət Sadıqovadır.