Salam əziz dostlar. Deməli cahil cəmiyyətimizin yanında olaraqdan bu mövzunu açmağı özümə borc bildim.
Deməli reklam çıxır qabağınıza ki birbank yaş münasibəti ilə qeydiyyatlı olan hərkəsə 100 manat verir.
Siz də inandınız?
Yazın hesab nömrəsini buraxın sonra da ağlayın ki hesabımdan pul siliblər.
Deməli bu hiyləgərlər birbankın saytına oxşar amma fərqli url adında olan bir sayt açıblar oradan istifadəçilərin hesablarını oğurlayırlar sonra hesabınıza giriş edirlər.
Qəti şəkildə aldanmayın dostlar.
Həmişə rəsmi saytları ziyarət edin görün bu doğrudurmu?
Şəkildəki sayt adını diqqətlə oxusanız görərsiniz ki birbanlka.com yazılıb.
Aldanmayın bunu yayın..