Şikayətim #birbankdandır. Bunların Müştəri xidməti elementar məsələləri həll eləmək istəmir. Sual verirəm ki, ölkə xaricindəyəm, niyə Apple pay ilə ödənişim keçmir, özü də bu hal bir necə dəfə təkrarlanıb? Cavab olaraq ancaq elə bir cavabı var. Həmin terminalda dələduzluq qeydə alınıb deyir. Heç dəxli var? Bakıda oturub Vyetnamda marketdə terminalda dələduzluq qeydə alındığını hardan bilirsiniz? Yaxşı deyək ki, düzdür, həqiqətən də qeydə alınıb və bunlara da quşlar xəbər çatdırıb, bəs axı bir ödənişdən söhbət getmir. Fərqli yerlərdə olmuş fərqli ödənişlərdən heç biri keçmir. Ancaq başqa kartdan həmin terminallarda ödəniş keçib. Noldu elə bir bunların kartı ilə ödəniş keçmədi?
Yaxşı deyək ki, problem var, bunu həll eləməyə çalışmaqdansa elə tutuquşu kimi bir cavabı təkrarlamağın nə mənası var? Son sözü də o oldu ki, başqa müştərilərə cavab verməliyəm, daha sizə kömək edə bilməyəcəyəm. Bu da ölkənin "birinci" bankının müştəriyə münasibəti!