Cəmi 1500 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Bona deadan peyvənd xidmətində məsuliyyətsizlik və şəffaflıq problemi.
Tura **u
Tura **u
2 ay öncə
Özünə cavabdeh olmayan tibb müəssisi

Deməli, gedirsən Bona Deaya uşağa peyvənd vurdurmağa. Peyvənd başlayır 250-300 manatdan.
Minimum 2 peyvənd 500-600 manat. İndi deyək yaxşı yerdir, və ya peyvəndi yaxşıdır, cəhənnəm vurduraq.
Və gəlir sürpriz müqavilə. Müqavilədə deyir ki, mən əslində sənə peyvəndi satıram, amma peyvənddən uşağa nəsə olsa, mənlik deyil. Heç bir məsuliyyət daşımıram. İstəsən, 20-30 dəq buralarda gəz, nəsə olsa baxarıq, sonra nə olsa, yenə mənlik deyil.
Niyə peyvənd vurur yox, satır yazdım, çünki şirkət vurmağa da, satmağa da məsuliyyət daşımır.
Deyirsən, yaxşı sənin heç bir məsuliyyətin yoxdur, həmişəki kimi, pulu siz qazanıb amma pasienti günahkar çıxarmaq istəyirsən.
Bəs heç olmasa bu peyvəndi hardan almısan, onu göstərə bilərsənmi? Deyir yox.Yəni adam Sədərəkdən peyvənd ala, ya çöldən tapa bilər, Çinə sifariş verə bilər, və bunu vura bilər, amma məsuliyyət sənindir.
Bunun saxlanma şəraiti əməl olunurmu, düzgün saxlanılırmı, ona kim məsuliyyət daşıyır, bunları görə bilərikmi? Deyir yox. Amma məsuliyyət yenə sənindir.
Deməli, 600 manata peyvənd satır, hardan, necə alındığını, saxlama şəraitini və s. sənə demir, ancaq özü bilir və sənə də məcburi müqavilə imzalatdırır ki,i uşağa nəsə olsa, sənlikdir. Belə dərəbəylik olar ?

Yəni, Bona Dear aldığı, saxladığı və vurduğu peyvəndə əmin deyilsə, biz necə uşaqları onlara etibar edə bilərik?! Özü də peyvəndi onlar vurduğu halda, bütün məsuliyyəti biz niyə üzərimizə götürərək?

Təsəvvür edin, restorana gedirsən, deyir ki, mən sənə yemək satıram, amma zəhərlənsən, nəsə olsa mənlik deyil. Ya da avtomobil alırsan, deyir maşın getməsə, tormoz tutmasa, mühərrik işləməsə mənlik deyil. Belə bir şey necə mümkün ola bilər axı?!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bu ümumiyyətlə qanunidirmi?
Əgər qanunidirsə, onda niyə mənə vurduğunu, və bütün məsuliyyəti mənə yüklədiyi peyvəndin hardan alındığını, nə vaxt alındığını, saxlama şəraitini, nə qədər saxlandığını mənə göstərmir?
Ümumiyyətlə, tibb müəssisi vurduğu peyvəndə mən niyə cavabdeh olmalıyam? Bunun hüquqi əsası nədir?
Bona Deanın ümumiyyətlə peyvənd etmək ixtiyarı varmı? Belə bir lisenziyası mövcuddurmu, əgər tələb olunursa?
P.S. saxlanma şəraiti ilə bağlı görünən odur ki, peyvənd otağı dedikləri çox kiçik bir yerə Redbull soyuducusu qoyublar, ordan götürüb vururlar. O peyvənd o Redbull soyuducuya nə vaxt gəlib, nə qədər orda qalıb, ora hardan gəlib, hansı şəraitdə gəlib və ora gələndə qədər harda nə qədər hansı şəraitdə saxlanılıb, heç bir məlumat yoxdur
TƏBİB
Oxunub: 60 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Bona dea Barədə Digər Şikayətlər
Tura **u
Özünə cavabdeh olmayan tibb müəssisi Deməli, gedirsən Bona Deaya uşağa peyvənd vurdurmağa. Peyvənd başlayır 250-300 manatdan. Minimum 2 peyvənd 500-600 manat. İndi deyək yaxşı yerdir, və ya peyvəndi yaxşıdır, cəhənnəm vurduraq. Və gəlir sürpriz müqavilə. Müqavilədə deyir ki, mən əslində sənə peyvəndi satıram, amma peyvənddən uşağa nəsə olsa, mənlik deyil. Heç bir məsuliyyət daşımıram. İstəsən, 20-30 dəq buralarda gəz, nəsə olsa baxarıq, sonra nə olsa, yenə mənlik deyil. Niyə peyvənd vuru..
0 0 0 61

Statistika
Bakcell 52 ş.
Kontakt Home 28 ş.
Bakcell 27 ş.
Kapital Bank 24 ş.
Umico 23 ş.
Nar Mobile 19 ş.
Narmobile 18 ş.
Azparking/BNA 13 ş.
Araz Maket 12 ş.
Bolt 12 ş.
Oxşar şikayətlər