Salam mamoçkalar və uşaqlarınızı oyun zonasında saxlayıb öz işlərini rahat görmək istəyən valideynlər. Bugün bravo supermarket azerbaijan -da yerləşən "oyun" adlanan zonasında danışacam. Nəzərinizə alın ki, orda uşağı tək (yaş fərq etmir), nəinki bir dəqiqə, bir saniyə saxlamaq olmaz. Burada böyük bir çünki̇ olacaq. çünki, orada işləyən işçilər böyük səhlənkarlıq edirlər, işlərinə məsuliyyətsiz yanaşırlar, anlamırlar ki, ordakılar qoyun yox, uşaqlardır və bəzən etdiyi hərəkətləri ilə gələcəyi görə bilməzlər. 95 sm aşağı olan uşaqlar valideynləri ilə buraxılır.
Mən onsuz balacanı tək saxlamıyacaqdım, çünki məqsədim uşağı verib işimi görmək yox, uşağla əylənmək idi. Gördüyüm mənzərə: uşaqlar qaçır və bir birini təxlükəli itələyir, arxalarıyca baxan yox, kim yıxıldı, kim təxlükəni yaradaraq ortaya oyuncaq atdı, kim kimi vurdu, kimləri çox sadalaya bilərəm. Nəzarətçilər: ikisinin başı telefona və aralarında müzakirəyə uşaq stullarında otura otura yaman qarışıb, üçüncüsü, çəkdiyim kimi, özünə rahat bir yer edib, oyun zonasının altında yatıb. Deyərsiz ki, niyə kimisə çəkirsən? İstəmirdim. Amma fikirləşdim, mənim də balam var, və onun həyatı və saglamlığl verilən 3 manatdan artıqdır.
Kiminsə səviyyəsiz uşağı yaxınlaşıb balacamı (1. 4 ay) başından vurduqdan sonra. Bu arada uşağı cavab qaytarmağı öyrənməliyəm lom kimi durmasın😄 amma uşaqda günah görmədim, anasına deyəndən sonra cavabı " uşağdı da" eşidəndə, baxdım ki, qanan uşağdı 4-5 yaşı var, amma anasıyla eyni ağıldadır. Yarımsaat əyləndik və çıxdıq. Bütün əyləncələrə uşaqla çıxdım, kimsə nəsə deməyini gözləyirdim ki desinlər. Yerində dava salmadım, çünki ailəmlə idim.
Uşağınızı əmanət edəndə, düşünək ki, onları bizdən başqa çox istəyən və qayğısına qalan olmayacaq. Kiminsə haqqına girmək istəmirəm, sadəcə hansısa uşağı bədbəxt etməsinlər deyə yazdım.
Nesquikdə endirimdədi, ama kassada fərqli məbləğ oldu..