Hər kəsə salam.
CAMEX müştərinin üzünə duran, öz nöqsanlarını ört-bastır edib müştərini günahkar çıxaran bir karqo şirkəti olmağını nəzərə alın.
Baxmayaraq ki 2018-ci ildən müştəriləriyəm, xeyli dost-tanışıma tövsiyə edib müştəri bazalarını çoxaltmışam və xeyli nöqsanlarına görə şikayətçi olmamışam (bəzi hallarda maddi ziyan da çəkmişəm), müştəri olaraq hörmət görmədim. Əksinə, günahkar çıxardıb, əlavə pul dartırlar.
Müştəri xidmətlərindəki front ofisdə əyləşən, üzlərindən “nur” saçanlara elementar bir məsələni izah edə bilmədim. Menecerə yönləndirmələrini istəyincə isə Gürcüstanda oturduğunu söylədilər. Bu halda gedin Gürcüstanınızda üzə durub pulunuzu qazanın.
Sistemləri bərbad, müştəri xidmətləri bərbad, saytları belə köhnədir və gecikmələrlə işləyir. Düşünürlər ki müştəri axını sonsuzdur və bu həmişə belə də davam edəcək.
Bir sözlə belə hallarla rastlaşmaq istəmirsinizsə digər karqo şirkətlərini nəzərdən keçirməyinizi tövsiyə edirəm.
Təşəkkür edirəm!
Məhkəməyə verin..