Xahiş edirəm dərc edin
Salam, əziz qrup üzvləri. Şikayətim mobil cihazların qeydiyyatı ilə bağlı qurumadır. 2021 ci ildə aldığım mobil telefona 30 yanvar 2025 ci il tarixdə eSim açdırdım, 25 fevral tarixdə sms gəldi ki 2 martda mobil cihazıma məhdudiyyət qoyulacaq. Qeyd edim ki eSim açdırarkən belə problemlə üzləşəvəyimfən xəbərsiz idim. 157 xidmətini yığdım, bildirdilər ki mail ünvana IMEI kodları və şəxsiyyət vəsiqəsinin şəklini göndərim və xidmət 50 manat tutacaq. 28 fevralda 157 xidmətinin mail ünvanına IMEI kodları və şəxsiyyət vəsiqəmin şəklini göndərdim, lakin heç bir cavab gəlmədi. Martın 2 si telefonum bağlandı, bazar günü olduğundan, martın 3ü bazar ertəsi səhər tezdən poçtda ödənişi etdim, günün sonu olmasına baxmayaraq telefonum hələ də açılmayıb.
Sualım budur ki, artıq qeydiyyatdan keçən telefonun bütövlükdə istifadəsinə məhdudiyyət nə qədər doğrudur, axı söhbət 2ci IMEI koddan gedir! Niyə nömrə bağlanmağa 4 gün qalmış xəbərdarlıq edilir, mən bu telefonla ölkə xaricində də də ola bilərdim.
2 gün telefonsuz, wifi olmayan yerlərdə internetsiz qalmaq parkinq, waze, ödəniş və s xidmətlərdən məhrum olmaq deməkdir.