Hər vaxtınız xeyir,
Təxmini 1 ay öncə ailə üzvlərimiz ilə Circle restoranında olduq və sözün düzü şah plovu xüsusilə bəyəndik. Çox dadlı idi, ət yumşaq və 5 nəfər üçün kifayət qədər idi, hətta take away üçündə qaldı. Düşündüm sırf şah plovlarına görə yenidən gələrik. Dünən ailəm üçün süfrəmizə o şah plovdan sifariş etmək istədim, bildirdilər ki çatdırılma xidməti yoxdur, sifariş edib yaxınlaşıb özümüz götürdük.
Şah plovu kəsəndə qonaqlar qarşısında çox məyus oldum, qəribə qoxu gəldi, dadıda qəribə idi, hər kəs köhnə olub olmadığını şübhə edirdi, kimsə çəkindi heç yemədi. 10 nəfərlik üçün nəzərdə tutulan şah plov içində 5 nəfər 1 saat ət axtarırdı.. Ümumi 100 qram ət yox idi heç orda, çətinliklə tapılan ət isə çox quru və bərk halda idi. Təəssüf ki şah plov atılası oldu. Restorana bildirdim, lakin aşbaza xəbər edəcik sözündən başqa geri dönüş almadım.