Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Diş həkimindən şikayətçiyəm
Kama **n
Kama **n
5 ay öncə
Salam, şikayətim face art klinikasında çalışan, özünü ”stomotoloq” olaraq tanıdan namiq abbaszadə haqdadır. Başqalarının da mənim kimi maddi-mənəvi problem yaşamağını istəmədiyim üçün və bu insanın necə məsuliyyətsiz “həkim” olduğunu göstərmək üçün başıma gələn hadisəni paylaşıram. Bu ilin aprel ayında dişimdə heç bir ağrı olmasa da uzunmüddətli xarici ölkəyə köçəcəyim üçün bütün problemləri həll edib getmək istəyirdim və bu adını çəkdiyim şəxsin yanına müraciət etdim. Müayinə etdikdən sonra guya 7 dişimin çəkilib implant olunmalı olduğunu dedi və təcili əməliyyat edib implant qoydu. İlk yanına getdiyim gündən iyulun sonu ölkədən gedəcəyim barədə məlumat versəm də mənim bütün proseslərimi yubatdı pulunu aldıqdan sonra. İmplantların 2-i tutmadı, heç bir işimi hazır etmədi və mənim zənglərimə ümumiyyətlə cavab vermirdi.

Hər dəfə bu insanla əlaqə saxlamaq üçün klinikaya getməli olurdum. ödənişimi isə qaytarmırdı, hər dəfə klinikaya gedəndə 1001 bəhanə gətirirdi və sanki borclu olan şəxs mən imişəm kimi davranmağa davam edirdi. Nəhayət atamla getməyə davam etdikdən sonra ödənişin bir hissəsini ala bildik, amma bu insana görə təhsilimə daha gec başladım, vizam olduğu halda 3 dəfə biletimi dəyişdim başqa həkim işimi hazır edənə qədər. Sağlamlıq, maddi, mənəvi — hər tərəfli mənə zərər vurdu. Həmin müddətdə yaşadığım əsəb, stres, yollarda itirdiyim vaxt, enerji və hər şeyin yubanması… sadəcə çökmüşdüm mental olaraq əgər kimsə yanına getməyi düşünürsə, sağlamlığınıza və əsəblərinizə heyfiniz gəlsin. Bu yaşadığım problemlə bağlı harasa rəsmi şikayət edə bilərəmmi?

Bu haqda məlumatı olanlar mənə məlumat versələr çox şad olaram. Təşəkkürlər hər kəsə!
Oxunub: 79 dəfə.
Kateqoriya: Şikayətlər
Nata **A
Nata **A
5 ay öncə
Sadəcə mənə maraqlıdır adam birdən birə 7 dişini niyə çəkdirə ki? Kökündə problem olan dişi belə neçə həkim dəyişib saxladım. Onun ağrısını təssəvvür belə etmək istəmirəm. Məhkəməyə verin həkimi
Araz **a
Araz **a
5 ay öncə
Heç bir problem olmadan birdən birə 7 dişi çəkib implant qoymaq istəyəndə şübhələnməli idiz və başqa həkim tapıb ən azından məsləhət edib yenidən yoxlanış etməli idiz, indiki zamanda onsuzda həkimlərin çoxuna inam qalmayıb belə çətin prosesdə gərək bir neçə dəfə düşünüb qərar verərdiz, üstəlik üstündən bir neçə ay keçib, gərək isti isti tədbir görərdiz, allah yardımçınız olsun.
Kama **n
Kama **n
5 ay öncə
Araz m**, təcili ölkədən çıxmalı idim deyə məhkəmə və ya bu məsələnin işıqlandırılmasının ardıyca gedə bilmədim. Onun da ilk dəfə yanına getdikdə gördü ki mənim işlərim təcilidi, tələsdirdi əməliyatla bağlı və 3 gün içində əməliyyata aldı🥲 normalda hər şeyi çox araşdırıb qərar verən biriyəm ilk dəfə idi ki boşluğuma düşdü və sonu da belə bitdi (
Sevi **e
Sevi **e
5 ay öncə
Yazın analitik ekspertiza mərkəzi nə, dərslərini versinlər
Emin **ı
Emin **ı
5 ay öncə
Necə yeyirlər o pulu, haramları olsun.
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Diş həkimi Barədə Digər Şikayətlər
Kama **n
Salam, şikayətim face art klinikasında çalışan, özünü ”stomotoloq” olaraq tanıdan namiq abbaszadə haqdadır. Başqalarının da mənim kimi maddi-mənəvi problem yaşamağını istəmədiyim üçün və bu insanın necə məsuliyyətsiz “həkim” olduğunu göstərmək üçün başıma gələn hadisəni paylaşıram. Bu ilin aprel ayında dişimdə heç bir ağrı olmasa da uzunmüddətli xarici ölkəyə köçəcəyim üçün bütün problemləri həll edib getmək istəyirdim və bu adını çəkdiyim şəxsin yanına müraciət etdim. Müayinə etdikdən sonra guy..
1 0 5 80
Araz **a 5 ay öncə

Heç bir problem olmadan birdən birə 7 dişi çəkib implant qoymaq istəyəndə şübhələnməli idiz və başqa həkim tapıb ən azın..


Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Kapital Bank 25 ş.
Umico 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər