Salam. 16.01.2025 tarixində instagram sosial şəbəkəsində “freshy.az” adlı instagram səhifəsindən 1 həftəlik 148 azn dəyərində dietik menyu sifariş verdim. 17.01.2025’də ilk günümün menyusunu mənə gətirdilər,lakin yeməklərin üzərindəki saatların hamsı səhv idi. Buna baxmayarağ mən həmin vaxt ödənişi tam olaraq kartlarına göndərdim.
İkinci gün gətirdikləri menyunun səhər 9:00 heçnə qoyulmadığını gördüm, özlərinə bildirdim dedilərki “filan yeməkdi,saatı yenə səhv yazılıb” Həmin gün xahiş etdimki mənə glütensiz yeməklər göndərilsin,lakin istəyimə heç məhəl qoymadan yenədə un lu,çörəkli məhsullar göndərilirdi. 3cü günün menyusunu xahiş etdim mənə göndərsinlər,göndərdilər. Lakin 3cü mənə yazdıqları menyu göndərilən menyudan heç bir şey yox idi. Hətta yazdığları yeməklər yox idi) hətta 11:00 vaxtının yeməkləri yox idi. Nədəki yemək üçün priborlar var idi. Baxmayarağ ki işə sifariş vermişdim, işdə yeyə bilmədim çünki priborum yox idi. Və nəhayət 4 cü günümün yeməklərini göndərdilər və bunula bitdi. 5ci gün dən çatdırılmanı dayandırdılar,səbəb isə qarlı hava bildirdilər,dedim yaxşı,halbuki başqa online platformadan həmin gün sifariş verdim və mənə çatdırdılar. Nə 5ci 6cı gün, nə bu gün yəni birinci gün mənə yemək göndərmədilər.
Servis 0 dərəcəsində,danışığ kobud, ödəniş etdikdə heç bir çek göndərmirlər,gərək yazıb yalvarasan ki bu şirkətdən kimsə sizə məhəl qoysun (ödəniş etdikdən sonra) ödənişdən öncə çox yaxşı yazırlar.
Bu gün sosial şəbəkə üzərindən gördümki başqalarına yeməklər göndərilir və yazıb onlara bildirdimki artıq 2 günün menyusunu göndərməsinlər mənə( heç göndərmirlərdə onsuz) 2 günün pulunu göndərsinlər. Çox kobudcasına cavab yazdılar mənə, hələ üstəlik “əxlaqsızda” adlandırdılar. Baxmayaraq ki mən sonuna kimi çox mədəni və “siz” deyə müraciyət edirdim onlara.
İndididə gördümki məni bütün sosial şəbəkərədə bloka salıblar.