Şikayətim Aztelekom / Baktelecom şirkətindəndir. Hər ayın əvvəli heç bir borcum olmadığı halda internetin verilişi dayandırılır. Hər dəfə qaynar xətdən də 20 dəqiqə gözlətdikdən sonra cavab verilir ki, sabah əməkdaşlar gəlib baxacaqlar, amma heç kim baxmır. ATS-in özünə şikayət etdikdən sonra gəlib baxırlar, amma növbəti ay yenə eyni şey. Xahiş edirəm, ya bu xətti birdəfəlik ləğv edin, ya da mən sizə niyə vermədiyiniz internet üçün pul ödəməliyəm? Belə davam edərsə məsələni Məhkəməyə daşıyacağam..