Bir neçə həftə əvvəl böyük həyəcanla aldığım iphone 15 pro max telefon artıq məni təəssüfləndirir. Telefonda əsas problem qızma ilə bağlıdır. Bakıdakı “apple premium reseller” mağazasından aldım, aldığımda hər şey yaxşı idi, ancaq bir müddət istifadə etdikdən sonra problemlər üzə çıxmağa başladı. Xüsusən də kamera açıq olanda, video çəkəndə və ya oyun oynayanda telefon ciddi dərəcədə qızmağa başlayır. Bəzən o qədər isti olur ki, əlimdə tutmaq belə çətin olur. Bahalı bir cihaz aldıqda təbii olaraq yüksək keyfiyyət və stabil iş gözləyirəm, amma bu qızma məsələsi məni əsəbiləşdirir.
Servisə müraciət etməyi düşünürəm, amma dostlarım dediyinə görə servis də bu problemi tam həll edə bilmir. Nə etməliyəm bilmirəm, əslində belə texnoloji problemə apple kimi şirkətdən gözləməzdim. 2024-cü il oktyabr ayında alınıb
Mən də iphone 15 pro max istifadə edirəm, amma qızma problemi yaşamamışam. Bəlkə də aldığınız cihazda problem var, servi..