Salam. Mən 22 Yanvar tarixində İrşad Elektronika mağazasının Ağcabədi filialından kreditlə Honor Pad 9 markalı Planşet aldım.
İrşadın öz əməkdaşları ilə birgə açıb baxdıq, təzə alınan smartfon ağ temada olduğu üçün və irşadın mağazasında çoxlu ağ işıqlar olduğuna görə heç bir problem hiss etmədim. Mağazadan çıxıb evə gələndə artıq hava qaralmışdı, smartfonu da qara fona qoydum , gördüm ki, yuxarı sağ küncdə piksel problemi var. Yaşıl nöqtə yanır. Bilənlər bilir ki, piksel problemi 90 faiz artır. Yəni həmin yaşıl işıq artır. Nəysə qayıtdım irşadın mağazasına bağlı idi. Səhər 9 da apardım , dedim dəyişək bunu. Mənə dedilər ki, göndərməliyik Bakıya servisə, 14 iş gününə qədər gözləməlisiniz. Hələ ordan da qərar çıxacaq ki, dəyişirik ya yox. Mən başa düşmürəm 750 azn verib aldığım məhsulu 12 saat ərzində dəyişirəmsə (xarabdı) niyə 14 iş gününə qədər gözləməliyəm? Üstəlik məndən əlavə 10 faiz pul da alıb, qızıl zəmanət ediblər!
İrşadın qaynar xəttinə 3 dəfə zəng edib demişəm ki, 12 saat keçməyib heç, orda 1000% bilinir ki, zavod defektidir. 5 yaşlı uşaq da bilir bunu. İrşadın öz işçiləri də təsdiq edir. Yerindəcə dəyişib verin. Mənə deyir ki, alanda yoxlamalı idin. Həmiş balaca yaşıl işıq piksel problemidir. Və iynənin ucu boydadır. Ekran qara olmasa ümumiyyətlə görünmür. İrşadın deməyindən belə çıxır ki, onlardan məhsul alanda ekranı qara qırmızı göy və s. bütün rənglərə qoyub, sonra da teleskop altında yoxlamaq lazımdır! Yoxsa təzə karopkada aldığın məhsul xarab çıxa bilər. Və sən bir ətək pul saydığın TƏZƏ əşyanı 14 iş günü gözləməlisən!!!
irşad