İşçi yetərsizliyi. Bravo yevlax filialı bərbad gündədir. Son istifadə müddəti bitmiş saysız hesabsız məhsul, yetərsiz işçi, məhsullarını üzərində əlaqəsiz qiymət etiketləri və daha nələr.
Kassada 1 nəfər durub, həm satışa baxır həm tarixi keçmiş məhsulları dəyişir, həm kiloqramla olan məhsulların çəkimi ilə məşğul olur, ayaq üstü kassada yemek yeyir (əlavə kassir olmadığından kassanı tərk edə bilmir). Bu necə məsuliyyətsizlikdir? Supermarketdə cəmi 2 3 nəfər işçi var.
Müştərilərlə heçkim məşğul olmur (işçi az olduğu üçün çatdırıb hərkəslə məşğul ola bilmirlər). Kassada duran oğlana lap ürəyim ağrıdı. Ayaq üstə durub günorta yeməyi vaxtıdır, çıxa bilmədiyi üçün birşeylər atışdırır.
Ya əlavə işçi alsınlar, yada ümumən həmin filial bağlanmalıdır.