Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Koliplus mmc-nin aldadıcı tarif siyasəti və müştəriyə hörmətsiz davranışı
Rauf **R
Rauf **R
1 ay öncə
Salam.

Etirazım və şikayətim KoliPlus MMC-dəndir. Elektron müqavilələrin sətiraralarında istifadəçilərin cibinə necə girməyə çalışırlar izah edim sizə.

Saytlarında tariflər bölməsində məhsulları iki kateqoriyaya aid edirlər. Standard və təhlükəli. Maye məhsulları isə avtomatik təhlükəli məhsul kateqoriyasına aid edir və əlavə pul hesablayırlar. Halbuki maye məhsulların təhlükəli məhsul tarifi ilə hesablanacağı barədə qənaətbəxş bir məlumat verilməyib saytlarında. Yəni mən saytlarında bu məlumata rast gəlmədim.(bugünki tarix 27/02/25) Təbiki bu məsələnin arxasıyca axıra qədər gedəcəm. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti şikayət etdim artıq.

Məsələ budur ki, 1kq məhsulun daşınma haqqı üçün 11.79-un üstündən xətt çəkib 7.79 Usd yazmağları da başlı-başına aldadıcı bir metoddur. Nəticədə neçə nəfər bu vizualı görəndən sonra daha da hər detalı incələyər ki, görəsən bu həqiqətən də belədir..

Dediyim kimi maye məhsulu niyə görə avtomatik təhlükəli məhsul kateqoriyasına aid edirlər başa düşmürəm. Nə CAMEX nə də Dynamexdə belə bir şeylə rastlaşmamışam. Məsələ burda 9-10 dollar məsələsi deyil. Məsələ insanları gic yerinə qoymaqlarıdır.

İçərişəhər anbarlarında məsələylə bağlı etirazımı bildirirəm, işçi qulaq asır mənə sözümün ortasında üzünü çevirir çıxır gedir. Çağırmışam çölə normal mədəni tərzdə deyirəm ki, qaqaş bəs söz danışdığım yerdə niyə üzüvü çevirib gedirsən? deyir bilmədim digər müştərilər məni gözləyirdi. beləə... Nə bilim
Oxunub: 27 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Koliplus Barədə Digər Şikayətlər
Rauf **r
Salam. Etirazım və şikayətim KoliPlus MMC-dəndir. Elektron müqavilələrin sətiraralarında istifadəçilərin cibinə necə girməyə çalışırlar izah edim sizə. Saytlarında tariflər bölməsində məhsulları iki kateqoriyaya aid edirlər. Standard və təhlükəli. Maye məhsulları isə avtomatik təhlükəli məhsul kateqoriyasına aid edir və əlavə pul hesablayırlar. Halbuki maye məhsulların təhlükəli məhsul tarifi ilə hesablanacağı barədə qənaətbəxş bir məlumat verilməyib saytlarında. Yəni mən saytlarında bu ..
0 0 0 28

Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Kapital Bank 25 ş.
Umico 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər