Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Lc waikiki den şikayətçiyəm
Leil **v
Leil **v
5 ay öncə
Salam. şikayətim lc waikiki 28 may (dəmiryolu vağzalı) filialındandır. Bacımla paltar almağa getmişdik və yoxlamaq üçün razdivalkaya getdik.

Cəmi bir boş yer var idi. Mən tez geyinib yoxladıqdan sonra elə əlimdə paltarla çıxırdım ki, bacım paltar dəyişmək üçün razdivalkaya girmək istədi. Xanim isə elə bildi ki,2 nəfər giririk paltar dəyişmək üçün?

‍♀️mən əlimdə köynəyi xanıma təhvil verməyə hazirlaşırdım həmin vaxt xanim yenə bildirdi ki,2 nəfərin girişi qadağandı və paltarı təhvil verməlisiz. əlimdə paltar dayanmışam ki,xanım buyurun paltarı. Xanim həmin vaxt sifət edib göz süzdürdü.

Bir anlıq durub qaldım və etdiyi hərəkətə səbəb tapa bilmədiyim üçün soruşdum ki,"xanım,nəsə olub? "xanım mənə çox aqressiv bir şəkildə dedi ki,mənim sizin kimilərlə işim olmaz,çıxın gedin burdan. Dedim ki,xanım bu necə danışıqdı?

Siz nə bilirsiz mən necə biriyəm? Nə haqla bu ifadəni mənə qarşı işlədirsiz? Xanım da cavabında dedi ki,heç mən bilmək istəmirəm kimsiz mənə maraqlı da deyil sizin kimliyiniz,

mən beləyəm?

‍♀️mən də (əlimi uzadaraq) dedim ki, kim baxır bura?

bu xanım işçi niyə belə aqressivdir? Həmin vaxt əlimdən yapışdı və dırnağı ilə sıxaraq qışqırmağa başladı.

Bacım xanımın əlini əlimdən ayrılmağa çalışanda bacıma da hücum etdi? ‍♀️elə bir görüntü yarandı ki,biz həqiqətən xanıma nə isə edirik və o da uzun-uzun qışqırır,çığırır. Sanki xanımın ətini kəsirlər.

Hər kəs dayanıb baxır ki,nə oldu görəsən? Xanım elə çığırırdı ki,bütün mağazanı cığırtı səsi bürümüşdü. ?

‍♀️anlamiram,heç bir şey etmədiyim halda xanım özünü yerə yıxıb uzun-uzun yüksək səslə çığımaga başladı. Hələ də şokdayam. Xanıma qarşı heç bir şiddət göstərməsəm də düşündüm ki,bəlkə xanımın səhhəti ilə bağlı problemi var,bəlkə həqiqətən halı pisdir?

Xanıma yaxınlaşıb baxanda gördüm ki, bir gözü məndədi,bir tərəfdən də özünü yerə yıxıb qışqırır? ‍♀️xanımın yalandan belə bir səs-küy yaratdığından əmin olduqdan sonra mağazadan uzaqlaşdım. İnanın ki,birinci dəfə idi ki,belə halla qarşılaşırdım.

Başqası mənə belə bir hadisə danışsaydı inanmazdım və həqiqətən satıcıya nəsə etdiyi üçün onun da səs-küy yaratdığını düşünərdim. Market və mağaza işçiləri ilə olduqca mehriban davranmağa çalışıram. çünki özüm də tələbə vaxtlarımda paltar mağazasında işləmişəm və hər cür müştəri ilə qarşılaşmışam,işin çətinliyi və probləmlərimin olmasına baxmayaraq müştərilərlə normal davranmağa çalışmışam.

İşin çətinliyindən xəbərdaram ona görə də işçilərə hər vəziyyətdə anlayış göstərməyə çalışıram. Amma bu hadisəyə bir səbəb,bir haqq verə bilmədim. Sadəcə biabırçılıqdır,vəssalam.

Lc waikiki den şikayətçiyəmLc waikiki den şikayətçiyəmLc waikiki den şikayətçiyəm
Oxunub: 91 dəfə.
Kateqoriya: Şikayətlər
lc   waikiki   den   sikayetciyem  
Guln **y
Guln **y
5 ay öncə
Polisə şikayət etməyi və kamera görüntüləri tələb etməyi unutmayın. Ərinməyin bu işə.
Afet **r
Afet **r
5 ay öncə
Eger her şey siz deyen kimidirse, gerek mağazanın inzibati işçilerine şikayet ederdiniz. Bu qeder sese heç yaxınlaşan olmadı?Azerbaycanda müşteri memnuniyyeti berbad veziyyetdedir
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Lc waikiki Barədə Digər Şikayətlər
Leil **v
Salam. şikayətim lc waikiki 28 may (dəmiryolu vağzalı) filialındandır. Bacımla paltar almağa getmişdik və yoxlamaq üçün razdivalkaya getdik. Cəmi bir boş yer var idi. Mən tez geyinib yoxladıqdan sonra elə əlimdə paltarla çıxırdım ki, bacım paltar dəyişmək üçün razdivalkaya girmək istədi. Xanim isə elə bildi ki,2 nəfər giririk paltar dəyişmək üçün? ‍♀️mən əlimdə köynəyi xanıma təhvil verməyə hazirlaşırdım həmin vaxt xanim yenə bildirdi ki,2 nəfərin girişi qadağandı və paltarı təhvil verməlisi..
Lc waikiki den şikayətçiyəmLc waikiki den şikayətçiyəmLc waikiki den şikayətçiyəm
0 0 2 92
Afet **r 5 ay öncə

Eger her şey siz deyen kimidirse, gerek mağazanın inzibati işçilerine şikayet ederdiniz. Bu qeder sese heç yaxınlaşan o..


Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Kapital Bank 25 ş.
Umico 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər