Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Mənə məxsus olan köşkün qanuna zidd götürülməsi
İmr **m
İmr **m
5 ay öncə
Ildirirəm ki, özüm ailəliyəm. 4 dənə bağça yaşındaki körpə qızım var. Maddi durumum çox aşağıdı. 02. 11. 2024-cü il tarixində sumqayıt şəhər memarlıq və şəhərsalma i̇darəsinin turqay və əbdül adındakı əməkdaşları özümə məxsus olan torpaq sahəsinə qanunsuz olaraq daxil olmuş, şəxsi mülkiyyətim olan yüngül konstruksiyalı köşkü məndən xəbərsiz evakuatora yükləyərək müsadirə etmişdir.

Sizdən mənə məxsus əmlakı mənə qaytarmağınızı xahiş edirəm. Həmin əməkdaşların ar-nın sahibkarlıq haqqında qanununun 12 və 16-cı maddələrini, xüsusi mülkiyyət hüququnun 21, 22 və 24-cü maddələrini, yerli i̇cra hakimiyyətləri haqqında əsasnamənin 3. 11. 5 maddəsini və ən əsası özlərinin birinci riayət eləməli olduğu azərbaycan respublikasının tikinti və şəhərsalma məcəlləsinin 79. 1. 5 maddəsini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək açıq-aydın pozması, cənab prezidentimizin fərman və sərəncamlarının icrasına süni maneələr təşkil etmişlər.

şikayətimin həlli ilə əlaqədar bildirim ki, müsadirə edilmiş köşk mənə qaytarıldıqdan sonra tikinti və şəhərsalma məcəlləsinin tələblərinə uyğun formada öz torpağımın daxilində yerləşdiriləcək. Gələcəkdə həmin köşkdə hansısa sahibkarlıq fəaliyyəti göstəriləcəyi zaman azərbaycan respublikasının qanunlarına, cənab prezidentimizin fərman və sərəncamlarına uyğun formada dövlət vergi xidməti, fövqəladə hallar nazirliyi və qanunla tənzimlənən digər aidiyyatı qurumlara müraciət ediləcək. Köşkün öz həyətimin daxilində qoyuluşu zamanı hansısa qanunu pozmuş olaramsa, sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsi tərəfindən rəsmi bildiriş və xəbərdarlıq təqdim ediləcəyi halda qanuna müvafiq formada məsuliyyət daşımağa hazıram. Növbəti dəfə hüquqlarım pozulacağı halda daha yuxarı instansiyalara müraciət edəcəyimi, özümün, ailəmin, 4 dənə körpə övladımın hüquqlarının pozulması ilə barışmayacağımı, ən yuxarı dairələrdə səsimin eşidiləcəyini bilmənizi xatırladıram.
Mənə məxsus olan köşkün qanuna zidd götürülməsi
Oxunub: 152 dəfə.
Kateqoriya: Şikayətlər
mene   mexsus   olan   koskun   qanuna   zidd   goturulmesi  
Güna **ı
Güna **ı
5 ay öncə
Necə yəni götürüblər? Uçurublar?
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Sumqayıt şəhər memarlıq və şəhərsalma i̇darəsi Barədə Digər Şikayətlər
İmr **m
Ildirirəm ki, özüm ailəliyəm. 4 dənə bağça yaşındaki körpə qızım var. Maddi durumum çox aşağıdı. 02. 11. 2024-cü il tarixində sumqayıt şəhər memarlıq və şəhərsalma i̇darəsinin turqay və əbdül adındakı əməkdaşları özümə məxsus olan torpaq sahəsinə qanunsuz olaraq daxil olmuş, şəxsi mülkiyyətim olan yüngül konstruksiyalı köşkü məndən xəbərsiz evakuatora yükləyərək müsadirə etmişdir. Sizdən mənə məxsus əmlakı mənə qaytarmağınızı xahiş edirəm. Həmin əməkdaşların ar-nın sahibkarlıq haqqında qanun..
Mənə məxsus olan köşkün qanuna zidd götürülməsi
1 0 1 153
Güna **ı 5 ay öncə

Necə yəni götürüblər? Uçurublar? ..


Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Umico 25 ş.
Kapital Bank 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər