Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Nərimanovdakı ice pub-dan şikayətim var
Mago **i
Mago **i
4 ay öncə
Dünən Nərimanovdakı Ice Pub-a getdik. Blanche sifariş etmək istədik, amma həmişəki kimi yox idi. Dedik ki, Huegarden olsun. Gətirdikləri Huegarden köhnə idi: turşumuş, qazsız. Dedik ki, bu təzə deyil. Çıxış yolu olaraq əlavə bir bokal gətirib, “təzəsinə dəyişək” dedilər. Mən də dedim ki, Huegarden lazım deyil, xırdalanaya dəyiş, o 100% təzədi. Cavab verdilər ki, əlavə olaraq gətirəcəyik, amma bu Huegarden hesaba yazılacaq.

Biz gətirilən Huegardeni heç içmədik, apardılar, amma yenə də hesaba daxil etdilər. Konflikt menecer tərəfindən həll olunmaq əvəzinə, o gəlib bizə sübut etməyə çalışırdı ki, qazsız və turşumuş pivə təzədir, sanki biz heç nə bilmirik.

Üstəlik, gedəndə kartla ödəniş etmək istədik, dedilər ki, pos-terminal işləmir. Biz israr etdik ki, pos-terminal gətirin, və sonda gətirdilər.

Ümumilikdə, həm menecerin davranışı, həm də nəğd ödəniş tələb etməklə vergidən yayınma cəhdləri göstərir ki, bu yer qeyri-peşəkar insanlar tərəfindən idarə olunur
Nərimanovdakı ICE Pub-dan şikayətim var
Oxunub: 88 dəfə.
Kateqoriya: Şikayətlər
nerimanovdaki   ice   pub   dan   sikayetim   var  
Parv **i
Parv **i
4 ay öncə
17 dene tekila ,4 jamesondan sonra butun piveler eyni dadir onsuz
Tale **ı
Tale **ı
4 ay öncə
Bu pula müştəriyə lay lay çalıb evinə kimi apararam hələ birdə sabah paxmeldən atılsın deyə bir kletkada pivə göndərərəm
Mira **z
Mira **z
4 ay öncə
Noxud qızıl qabda gəldi?
Ceyh **a
Ceyh **a
4 ay öncə
Burda olan menuya bu qədər şot versem gerek yeyib içmeyi buraxıb mömin heyatı yaşayam.
Farh **z
Farh **z
4 ay öncə
Buranın pivələri yaxşı deyil. Xırdalan deyirsən su kimi, Alivariya istəyirsən xırdalan dadır. Zakuskaları yaxşı olur ancaq. Gənclikdə olan PivBar`ı yoxlamağı məsləhət görərdim, pivələri çox yaxşıdı, zakuskalarıda
Mame **a
Mame **a
4 ay öncə
Həmən siz dediyiniz söhbət bizdədə olmuşdu eyni flialda. Post terminal gətirmədilər. Bizdə dedik vermirik onlarda dedi canınız sağ olsun) guya terminal işləmirdi. Axırda nəğd verdik
Fila **ə
Fila **ə
4 ay öncə
Bəy, noxudun porsu böyük idi? Bilirəm noxud mövzusu çox çeynəndi. Amma bazar store-da noxudun kilosu 5.25-di. İnsanfsız bir kiloqram noxudun qiymətini vurub. Belə şey olmaz axı
якуб **л
якуб **л
4 ay öncə
Camaatin bir ayliq maasi bir gune gedib)))
Sale **a
Sale **a
4 ay öncə
Toy elemisen qaqash?
маге **д
маге **д
4 ay öncə
500 manatlıq stol açmıslz, sizinle 5-3 manat söhbəti edirlər. Belə müştəri itirdilər. Qeyri peşakarlıqdı bu
Emin **r
Emin **r
4 ay öncə
Əhmədlidə səliqəli pubda bunun yarısı şot verilərdi
Amil **A
Amil **A
4 ay öncə
500 manat şot vermisən 30 manatın davasını edirsən indi ?
Seym **a
Seym **a
4 ay öncə
Yəni bu boyda hesab verən müştəriyə ayıbdır həqiqətən elədikləri. Haqli olsalar belə, müştəri məmnuniyyəti çox önəmlidir.
Mirz **i
Mirz **i
4 ay öncə
Alman sosisləri diqqətimi çəkdi
Rosh **z
Rosh **z
4 ay öncə
Yeyib dagitmisiniz ki😂😂😂

Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Ice pub Barədə Digər Şikayətlər
Mago **i
Dünən Nərimanovdakı Ice Pub-a getdik. Blanche sifariş etmək istədik, amma həmişəki kimi yox idi. Dedik ki, Huegarden olsun. Gətirdikləri Huegarden köhnə idi: turşumuş, qazsız. Dedik ki, bu təzə deyil. Çıxış yolu olaraq əlavə bir bokal gətirib, “təzəsinə dəyişək” dedilər. Mən də dedim ki, Huegarden lazım deyil, xırdalanaya dəyiş, o 100% təzədi. Cavab verdilər ki, əlavə olaraq gətirəcəyik, amma bu Huegarden hesaba yazılacaq. Biz gətirilən Huegardeni heç içmədik, apardılar, amma yenə də hesaba d..
Nərimanovdakı ICE Pub-dan şikayətim var
0 0 19 89
Parv **i 4 ay öncə

17 dene tekila ,4 jamesondan sonra butun piveler eyni dadir onsuz..


Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Umico 25 ş.
Kapital Bank 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər