Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Paşabankdan şikayət var
Sevi **f
Sevi **f
4 ay öncə
PAŞA Bankın müştəri xidməti ilə bağlı narazılıq

29 noyabr tarixində bankdan Miles & Smiles black kartını sifariş etmişdim. Bildirilmişdi ki, kart 5 iş günü ərzində təhvil veriləcək. Lakin, kartı hələdə əldə edə bilməmişəm. Dünən bankın nümayəndələri ilə əlaqə saxladıqda, kartın gün ərzində çatdırılacağı vəd edildi. Təəssüf ki, bu vəd yerinə yetirilmədi.

Bugünkü zənglərimdə isə müxtəlif bəhanələr səsləndirildi: səhər saatlarında kartın günorta hazır olacağı bildirildi, günortadan sonra isə “çoxsaylı sifarişlər” səbəbilə prosesin uzandığı açıqlandı. Maraqlıdır, bu qədər vaxt ərzində neçə nəfər kart sifariş edib ki, bu proses bir həftədir artıq davam edir?

Xidmətin başlanğıc mərhələsi belə problemlidirsə, gələcəkdəki xidmət keyfiyyəti ilə bağlı ciddi narahatlıq keçirirəm. Çox təəssüf edirəm ki, PAŞA Bankda kart sifariş etmişəm.

Bu səbəbdən, sifariş etdiyim kartdan imtina edirəm və ödədiyim məbləğin mənə geri qaytarılmasını tələb edirəm. Ümid edirəm ki, PAŞA Bank müştəri məmnuniyyətinə daha çox diqqət ayıraraq belə halların təkrarlanmasına imkan verməz.
Oxunub: 80 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Paşa Bank Barədə Digər Şikayətlər
Sevi **f
PAŞA Bankın müştəri xidməti ilə bağlı narazılıq 29 noyabr tarixində bankdan Miles & Smiles black kartını sifariş etmişdim. Bildirilmişdi ki, kart 5 iş günü ərzində təhvil veriləcək. Lakin, kartı hələdə əldə edə bilməmişəm. Dünən bankın nümayəndələri ilə əlaqə saxladıqda, kartın gün ərzində çatdırılacağı vəd edildi. Təəssüf ki, bu vəd yerinə yetirilmədi. Bugünkü zənglərimdə isə müxtəlif bəhanələr səsləndirildi: səhər saatlarında kartın günorta hazır olacağı bildirildi, günortadan sonra isə ..
0 0 0 81

Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Umico 25 ş.
Kapital Bank 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər