Salam. Bu marşrut bizim yaşadığımız əraziyə işləyən yeganə avtobusdur. Bəzən 3.
40 dəqiqə gecikmə ilə gəlir. Sürücülərin bəziləri minmək üçün şərait yaratsa da bəziləri kobudluq edir bu da ki ki xoşagəlməz hadisələrə gətirib çıxarır. Minən sərnişin qapının ağzında toplaşır arxaya keçmək istəmir sürücüdən xahiş edirik ki kartı vuraq arxa qapıdan minək onsuz da 40 dəqiqədən bir gəlirsiz heç olmasa evə gedək çıxaq.
əvəzində kobud cavab eşidirik. Artıq məktəblər açılıb mühəndislik universitetinin minlərlə tələbəsi şagirdlər onları məktəbə aparan valideynlər artıq çox çətindir. üstəgəl yol nişanlamalarının avtobus zolaqlarının ucbatından manatlıq dediyimiz taksilər də yox olub.
Sizdən xahiş və tələbimiz bu marşrutun sayını artırmaq mümkündür? Və yaxud başqa köməkçi bir marşrut ayırın. çox çətinlik çəkirik.
şamaxınkadan abşeron gənclər şəhərciyinə 6 7 dəqiqəlik yolu bəzən 1 saat 10 dəqiqəyə getmişəm. Onun 40 dəqiqəsi avtobus gözləməyə 30 dəqiqə də yola gedib vallah çox acınacaqlı vəziyyətdir.