Məhləmizdə o qədər it var, qaranlıqda tək də gələndə heç nə eləmirlər. Vaxt olur, neçəsi birlikdə dayanır. Qorxusuz keçib gəlirəm evə. Küçə iti adama neynir ki, siz onları incitməsəz? Nə yeyirsiz biraz da onlara verin də. Köhnə çörəyi xırdalayıb ağac altında quşlara verin, heç nə yoxdusa sür-sümüyü, artıq qalan təzə qidaları, o da yoxdusa yeməyin suyuna çörəyi batırın verin də it-pişiyə, ölümdü?
Allah bu dünyanı yaradıb ki, ancaq sizinkimilər yer tutsun? Təbiət bütün canlılarındı. İt meşə heyvanı deyil ki, yığıb ora aparsınlar. Məlum məsələdi ki, öldürəcəklər, allah vicdan versin, başqa heç nə. Onda anonim sözünə sığınmayacaqsız.
Toplan bağlanıb bildiyim qədəri ilə..