Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Yeni ramana qəsəbəsində su basqını problemi
Teym **y
Teym **y
2 ay öncə
Salam,
Bu şəkil Yeni Ramana qəsəbəsində 2 ci sahə (tingçilik) deyilən yerdəndir. Şəkildə işarələdiyim hissədən qrunt sularının hərəkəti üçün kanal və suyun toplanaraq borular vasitəsilə kənar əraziyə (ehtimal sonda dəniz və ya digər iri kanala) axıdılması üçün nasosxana mövcuddur.
Lakin hansısa şəxslər son ildə bu kanalın üzərini doldurublar və nəticədə sular nasosxanaya çata bilmir və həmin kanalın keçdiyi ərzailərdə suyun səviyyəsinin qalxmasına səbəb olur.
Kanalizasiya və yağış suları artıq evlərin həyətlərinə, yollara dolur. Bu həm ekoloji cəhətdən antisanitariya vəziyyəti yaradır ,həm də ölkəmizin yaşıl layihələri sürətlə icra etdiyi bir dövrdə geridəqalmışlıq kimi qəbul edilə bilər.
Bu barədə müvafiq qurumların vəzifələrini yerinə yetirməsi mütləqdir. Ehtimal edirik ki, qurumlar bu barədə xəbərsizdir və biz də həmin ərazinin sakini olaraq, yaranmış vəziyyətdən əziyyət çəkdiyimiz üçün sizə müraciət etdik. Həmin ərazidə kifayət qədər vətəndaş narazıdır və son toplaşdığımızda qərara aldıq ki, elektron formada sizə, Cənab Zaur Mikayılova müraciət edək. Agentliyin əsasnaməsində vəzifələrinizdə bu kimi hallar qeyd edilmişdir. Həmçinin ərazi tabeliyində olan İcra hakimiyyəti nümayəndlərindən xahiş edirik, məsələ araşdırılsın.
Xahiş edirik, dəstək olardız, məsələ həllini tapardı.
Əvəzində təşəkkür və etimad göstərərdik.
Hörmətlə,
Prezident Administrasiyası
Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
Sabunçu Rayon İcra Hakimiyyəti
Yeni Ramana qəsəbəsində su basqını problemi
Oxunub: 55 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Azərbaycan dövlət su ehtiyyatları agentliyi Barədə Digər Şikayətlər
Adsı **d
Səhər saatlarında Sumqayıtda 3 mkr 15/13 saylı binanın sakinləri su çatışmazlığından şikayət edirlər. Sakinlərin göndərdiyi videodan da məlum olur ki, evlərə normal təzyiqli su verilmir. Və niyə hamı üçün qaranlıqdır. Ona görə də insanlar məcbur olub qohumlarının evinə gedib yuyunurlar. Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyi..
0 0 0 66
Adsı **d
Sumqayıtda 3-cü mkr-da yerləşən 38 nömrəli bağçanın və 15/13 saylı binanın həyəti. Belə getsə bir azdan burda balıq da tutmaq olar. Su idarəsi niyə tədbir görmür? Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi..
Sumqayıtda su problemi: tədbir tələb olunur!Sumqayıtda su problemi: tədbir tələb olunur!Sumqayıtda su problemi: tədbir tələb olunur!Sumqayıtda su problemi: tədbir tələb olunur!Sumqayıtda su problemi: tədbir tələb olunur!
0 0 0 70
Teym **y
Salam, Bu şəkil Yeni Ramana qəsəbəsində 2 ci sahə (tingçilik) deyilən yerdəndir. Şəkildə işarələdiyim hissədən qrunt sularının hərəkəti üçün kanal və suyun toplanaraq borular vasitəsilə kənar əraziyə (ehtimal sonda dəniz və ya digər iri kanala) axıdılması üçün nasosxana mövcuddur. Lakin hansısa şəxslər son ildə bu kanalın üzərini doldurublar və nəticədə sular nasosxanaya çata bilmir və həmin kanalın keçdiyi ərzailərdə suyun səviyyəsinin qalxmasına səbəb olur. Kanalizasiya və yağış suları ar..
Yeni Ramana qəsəbəsində su basqını problemi
0 0 0 56

Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Umico 25 ş.
Kapital Bank 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər