Garanti kargoya - yola vermək, ciddi yanaşmamaq. Sözlərinin üstündə durmamaq deməli vacib 1 - 2 bağlamalar var idi. birini özüm birini dostum sifariş elədi.
Ayrı ayrı hesablarla. i̇kisi də garanti kargoya fedex tərəfindən qısa müddətdə çatdırıldı və çatdırılma sübutu (proof of delivery) da verildi. Fikirləşdik 1 - 2 günə garanti kargo sistemə düşər.
öncədən bəyan da eləmişik. Amma düşmədi və dəfələrlə yazsaq da, dedilər xəbər edəcik 2 günə amma artıq 5 - 6 gündü həll olunmur. İndi də deyirlər 15 iş günü ərzində həll olacaq.
Başları qaçıb deyəsən. Mən tez çatsın deyə fedexlə çatdırılma üçün əlavə pul ödəyirəm. Bunlar isə belə hoqqa çıxarır.
Tez bir zamanda həll olmasa onlarla sonuncu sifariş olacaq.