Bu gün yoldaşımla 145 çay bağında səhər yeməyində olduq. Heç belə performans gözləməzdim. Çünki bundan illər əvvəl tez-tez olurduq hər şey yüksək səviyyədə idi. İndi isə Nə yeməklər nə də xidmət heç o deyil.
Deməli 1 həftə əvvəldən rezerv etmişik pəncərə önünü ki, pəncərə önü masalar çox vaxt boş olması mümkün deyil. Gedib ora çatanda surpriz bizim masa dolu və ofisiant da belə bir məlumat verilmədiyini bildirir. Açıb mesajı göstəririk bu dəfə yola verildik ki, yer tapıb oturun boşalanda ora keçirək sizi 😃😃 . Masa da 20 dəq sonra boşaldı, və nəhayət yerimizə keçdik. Keçəndən sonra sifarişimizi verdik. Haradasa, yarım saat da set gözləmişik. Hələ ofisiantın o başından indi gələcək sizin sifariş deyə qışqırması. Türklər demiş, Paramızla rezil olduk 🥴 Rezerv saatımız bitirdi deyə nə yedik içdik bilmədik. Deməli, bu məkanda diqqət görmək üçün gərək turist olasan? Ya sport geyinib gəlmək dresscode-a uyğun gəlmir deyə üz göstərmirsiniz?😃
Bizim üçün simvolik gün və yer idi deyə mənim israrımla da yoldaşım sona qədər oturdu orada.
Qısaca, Xidmət-0, Operativlik-0. Tək gözəl şey mənzərə idi onun da 145-ə adiyyatı yoxdur🥴