Salam şikayətim Atəşgah sığorta şirkətindəndir. Şəxsi mənzilimi 2023cü ildə atəşgah sığorta ilə, əmlak və həyat sığortası elətmişəm. Və 3 illik müqavilə bağlanıbdır aramızda. 127.80 qəpik 1 illiyin depozit ödəniş eləmişəm. Və aylıq 10,65 qəpik ödəniş edirəm. Dekabr ayında evimə su sızma halı baş veribdir, sığorta nümayəndəsi gəlib çəkiliş aparıb və mənə dəymiş zərər 400 azn qiymətləndirilib. Lakin indiki durumda sığorta ödənişi etməkdən boyun qaçırır. Xaiş edirəm əlinizdən gələn köməkliyi gösdərəsiniz. Bildiyiniz və bu işlə məşqul olan Dövlət Qurumların bura teqləyin. Və Qanun çərçivəsində mənə lazımı köməkliyi gösdərməyiniz birdaha xaiş edirəm sizdən. Atəşgah Sığorta Şirkəti
Onuda qeyd edimki, Mənzil yerləşir Masazır qəsəbəsi Xəzri A mtk_nın binasında. Hal hazırda Atəşgah sığorta atır Xəzri_a mtk üzərinə ki, guya Mtk_a bunlar rəsmi kağız verməlidir. Mtk_da bu kağızı verməkdən boyun qaçırır. Xaiş edirəm mənə köməy edəsiniz. Artıq 2 aya yaxın müddətdirki, dəymiş zərəri ödənmirki mən evimi təmir edəm. Onuda qeyd edim ki, mənzildəki həmən hissə uşaq otaqına düşür, və uşaq hal hazırda həmin otaqda oynuyur və yatır. Bu durumda uşaqın orda yatmaqı və oynmaqıda səhhəti üçün çoxx təhlükəlidir.