Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Azərbaycanda qida, gigiyena və dərman keyfiyyəti niyə aşağı düşüb?
Ilki **l
Ilki **l
3 ay öncə
Salam sizə şikayətim qida, şəxsi gigiyena və təmizlik məhsulları, dərmanların keyfiyyəti ilə bağlıdır. Bildiyiniz kimi Rusiya-Ukrayna müharibəsindən sonra Qərbə məxsus bir çox brend Rusiya zavodunu bağladı, Rusiyadakı aktivlərini satdı və Rusiya bazarını tərk etdiyini açıqladı. Azərbaycana isə qida, şəxsi gigiyena və təmizlik məhsulları və dərmanlar Rusiya və Qərb ölkələrindən gəlirdi. Rusiya-Ukrayna müharibəsindən sonra isə qlobal brendlərin Rusiya zavodu bağlandığı üçün markalar Türkiyə və Asiya ölkələri istehsalı gəlməyə başladı ki, Rusiya və Qərb ölkələri zavodu ilə Türkiyə və Asiya ölkələri zavodu istehsalının keyfiyyəti tamamən fərqlidir. Yəni biz eyni qiymətə bərbad keyfiyyətli markalar almağa başladıq. Qərb ölkələri istehsalı olan markalarda müharibə səbəbindən daşınma xərcləri həddən artıq çox olduğu səbəbini əsas gətirərək qlobal brendlər Türkiyə və Asiya ölkələri istehsalı gətirməyə başladılar. Məsələn illərdir Belçika istehsalı gələn Nutricia brendinin Aktivia və Danone yoqurtları müharibədən sonra Moldova istehsalı gəlməyə başladı ki, keyfiyyəti bərbaddır üstəlik qiymətidə artıb. Şəxsi gigiyena və təmizlik məhsullarından da nümunə gətirə bilərəm. Məsələn illərdir markaları Rusiya və Avropa ölkələri istehsalı gələn P&G brendinin əksər markaları son 3 ildir ki, Türkiyə və Asiya ölkələri istehsalı gəlir. Misal olaraq Ariel yuyucu toz markası əvvəllər Çexiya istehsalı gəlirdisə artıq Türkiyə istehsalı gəlir. Fairy qab şampunu markası əvvəllər Belarus istehsalı gəlirdisə bu gün Türkiyə istehsalı gəlir. Comet markası artıq yığışdırılıb. Əvvəllər Almaniya istehsalı gələn ağız baxım markası Blend-a-med artıq gəlmir onun yerinə Almaniya istehsalı Türkiyə bazarı üçün istehsal olunan Oral-B diş məcunları gəlirki keyfiyyəti ümumiyyətlə bərbaddır. Oral-B-nin diş fırçalarıda əvvəllər İrlandiya istehsalı gəlirdisə indi isə Çin istehsalı gəlir. Unilever brendidə illərdir Rusiya və Avropa ölkələri istehsalı gətirdiyi Clear, Domestos, Rexona, Dove, Camay, Lisnoy Balzam, Çista ya Linya və s. markaları artıq Türkiyə, Birləşik Ərəb Əmirlikləri, Misir, Qazaxıstan, Filippin və s. ölkələrin istehsalı gətirir. Henkel, Johnson & Johnson, Reckitt Benckiser və digər brendlərdə də eyni vəziyyətdir. Dərman vasitələrinə isə gəldikdə burda da eyni vəziyyətdir məsələn qrip və soydəyməyə qarşı olan Johnson & Johnson brendinə məxsus Rinza markası artıq Hindistan istehsalı gəlir keyfiyyəti isə bərbad vəziyyətdədir. Ürək xəstələri üçün əsasən yaşlı insanların mənim nənəmin də illərdir qəbul etdiyi Stada brendinə məxsus Kardio Maqnil dərmanı əvvəllər Almaniya istehsalı gəlirdisə indi isə Rusiya istehsalı gəlir. Ümumiyyətlə GSK, Bayer, Sanofi və digər Qərb ölkələri dərman brendlərinin dərmanları məqsədli şəkildə yoxa çıxarılır əvəzində isə ucuz başa gəlsin deyə daha baha qiymətə sata bilsinlər deyə Türkiyənin Nobel İlaç, Vəfa İlaç və s. dərman şirkətlərinin dərmanları gətirilir. Məsələn bakteriyalara qarşı olan GSK brendinə məxsus Zinnat dərmanı illərdir satışda yoxdur başqa bir Portuqaliya istehsalı olan Atral brendinin NeoChef dərmanıda illərdir yoxa çıxıb bu dərmanların yerinə bakteriyalara qarşı Türkiyənin Nobel İlaç şirkətinin Meqaçet dərmanı yalnız varki onunda keyfiyyəti bərbaddır. İllərdir Rusiya, Belarus, Ukrayna istehsalı gələn Natrium xlor sistemi artıq Türkiyə istehsalı gəlir. Bir neçə ay öncə nənəmin mədəsi ağrıdığı üçün həkimə apardıq həkim nənəmi müayinə etdikdən sonra resept kağızı əlində görürəm fikirləşir elə bildim nənədə qorxulu bir şey var nə olduğunu soruşduqda həkim bildirdi ki, illərdir yazdığım dərmanların hamsını yığışdırıb durub Türkiyənin dərmanlarını gətiriblər ona görə fikirləşirəmki nə yazım. Yəni həkimlər belə müalicə üçün dərman yazmaqda çətinlik çəkirlər. Problemlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə şikayət etdikdə bildirirlər ki: "Biz sadəcə dərmanların təhlükəsizliyini yoxlayıb uyğunluq sertfikatı veririk. Dərmanları ölkəyə tədarükçülər gətirir hansı dərmanı gətirməkdə isə tədarükçülər sərbəstdirlər". İki ay öncə asma xəstələridə illərdir aldıqları Avropa ölkələri istehsalı dərmanların tapılmadığını əvəzində isə baha qiymətə Türkiyə istehsalı dərmanları aldıqlarını o dərmanlarında keyfiyyətsiz olduğu haqqında telekanallardan birinə şikayət etmişdilər. Məsələ ilə bağlı telekanal həm TƏBİB həmdə Səhiyyə Nazirliyinə sorğu göndərmişdi. TƏBİB-dən telekanalın sorğusuna cavab olaraq bildirmişdilər ki, TƏBİB ölkəyə dərman idxalı ilə məşğul olmur. Səhiyyə Nazirliyindən isə elə mənə verdikləri cavabı vermişdilər. Məsələnin kökündə isə o dayanırki bizdə bütün dünyadan fərqli olaraq qanunla qlobal brendlərin üzərinə keyfiyyət öhdəliyi, ölkədə mütləq nümayəndəliyin olması ilə bağlı tələb qoyulmur. Bir çox qlobal brendin ölkədə nümayəndəliyi yoxdur olanlarında nümayəndəliyinin harda olduğunu əlaqə nömrəsini heç kəs bilmir. İstehlakçılar maksimum həmin brendin markalarını ölkəyə idxal edən idxalçı şirkətin mağazalara və apteklərə məhsul verən ekspeditoru ilə əlaqə saxlaya bilib hansısa məlumatı ala bilər. Ölkədə qlobal brendlərin markalarının keyfiyyətinə cavabdeh heç bir qurum yoxdur. Ümid edirəm ki, bu sahə ilə bağlı bizdə də qanun mexanizmi yaradılar. Sağolun.
Oxunub: 50 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Barədə Digər Şikayətlər
Rauf **r
Mal catmayib
Rauf **R 6 ay öncə
Salam mənim malim 1 aydi sifariş vermisem və 1 həfdedir kuryerdedir mal catdırılma olunmayib. Zəng də olunmayib xaiş edirem araşdırib mənə geri dönüş edsiz..
0 0 1 98
Sayt Rəhbərliyi 6 ay öncə

Salam, Sizin şikayətiniz hansı şirkətdəndir və nə sifariş vermisiz? Ətraflı qeyd edin elanda düzəliş edək...

Ali  **n
Salam, şikayətim starex kargo şirkətindəndir. Artıq bir aydır ki, sistemlərində "həvalə et" xidməti işləmir. İlk dəfə zəng edib məlumat almaq istəyəndə qeyd etdilər ki, bir həftəyə problem həll ediləcək. Artıq bir ay keçir, nə sistem düzəlib, nə də müştəri xidmətlərindən bir cavab var. bir neçə gün əvvəl antiinhisar komitəsinə şikayət etdim. ödəniş qəbzi və sifariş statuslarının ekran görüntülərini çəkib onlarla paylaşdım. Bu gün antiinhisar komitəsindən bir əməkdaş mənimlə əlaqə saxladı ..
1 0 2 129
Meht **i 7 ay öncə

Ancaq müştərilərə yalnış məlumat verməklə, sifariş ləngidib, xəttə gözlətməklə məşğuldurlar! 20 gündü məhsulum anbarla..

Adsı **d
Salam dəyərli Hüquq müdafiəçiləri Uşaqlarımı ölkədən xaricə aparmaq istəyirəm atası deyir ki get alimentden imtina etsin icazə verim.Sizce imtina etdikdən sonra yenidən aliment tələb edə bilerem??Çünki meni mecbur edir imtina etməyimə. Hər gün ses atir ki ne oldu imtina ərizəsi yazirsan, yazmasan icazə verməyəcəm..Xahiş edirem dəqiq məlumat verərdiniz. TƏŞƏKKÜR EDİRƏM..
0 0 0 94
Meht **i 7 ay öncə

Ancaq müştərilərə yalnış məlumat verməklə, sifariş ləngidib, xəttə gözlətməklə məşğuldurlar! 20 gündü məhsulum anbarla..

Reyh **y
14 gündür internet yoxdur. 0125673572. 14 gündür internet kesilib. Kabel deyişılmelidir. Usta deyir ki mene şunur vermirlər versinlər gelim berpa edim. Xahiş edirem interneti tecilli berpa edin. ..
0 0 1 106
Adil **a 7 ay öncə

Hele xeber yoxdur? ..

Adsı **d
Hər vaxtınız xeyirli olsun.Xahiş edirəm bilənlər kömək etsin.Mən özüm müəllimə işləyirəm ailə quralı kart üstündə qaynana-qaynata gün işiq vermədi mənə.Yoldaşımda olar deyəni dedi.1 ildi ailə qurmuşuq onun 3 ayın mən atamgilə gəldim həm fiziki, həmdə psixoloji şiddətə görə,indi də kirayə qalıram yoldaşımda öz ailəsi ilə.Nə boşanmağa gəlmir nə qızıllarımı nədə cehizlərimi vermirlər.Otağıma daxil olub qızıllarımı götürüblər məni də evdən bıçaqla qovdular.Hər gecə qaynata otağıma girib ya işdən çıx..
0 0 0 92
Adil **a 7 ay öncə

Hele xeber yoxdur? ..

Adsı **d
Salam mən ayrılmışam aliment ödəyir maaşın və digər gəlirlərin 4/1 hissəsini rəsmi işləyirəm karta nə gəldi tutulur. Bunda sözüm yoxdur. İndi mən mərc oyunlarında (futbol) 100 minə yaxın pul udmuşam. Ortaq qohumlar olduq üçün qarşı tərəf xəbər tutub və mənə zəng edir ki 25 mini mənimdir. Verməsən şikayət edəcəm deyir. Məndə dedim ki yoxdur borca vermişəm. Deməyim odur ki o puldan ona düşür?..
0 0 0 89
Adil **a 7 ay öncə

Hele xeber yoxdur? ..

Ilki **l
Salam sizə şikayətim qida, şəxsi gigiyena və təmizlik məhsulları, dərmanların keyfiyyəti ilə bağlıdır. Bildiyiniz kimi Rusiya-Ukrayna müharibəsindən sonra Qərbə məxsus bir çox brend Rusiya zavodunu bağladı, Rusiyadakı aktivlərini satdı və Rusiya bazarını tərk etdiyini açıqladı. Azərbaycana isə qida, şəxsi gigiyena və təmizlik məhsulları və dərmanlar Rusiya və Qərb ölkələrindən gəlirdi. Rusiya-Ukrayna müharibəsindən sonra isə qlobal brendlərin Rusiya zavodu bağlandığı üçün markalar Türkiyə və Asi..
0 0 0 51
Adil **a 7 ay öncə

Hele xeber yoxdur? ..

Shah **b
Salam hərkəsə, mənim şikayətim “hediyyemen” adlı səhifədəndir. Bu gün bu səhifədən portmanat sifariş etdim. çoxdandır hədiyyə axtarışında idim və axırki bu səhifədə istədiyim portmanatı tapa bildiyimə görə və satıcının mənə verdiyi vədlərə görə elə burdan sifariş vermək qərarına gəldim. bunu qeyd edim ki, səhifədə nə malın qaytarılmasına, nə də dəyişilməsinə icazə yoxdur. Hətta çatdırılma zamanı, qutunun açılması üçün də şərait yaratmırlar. Deməli kuryer sifarişi çatdırdı və hədiyyə qutusu..
1 0 8 129
Kəna **a 7 ay öncə

Məncə bu məsələdə biraz da sizdə günah var. Mənşəyi bilinməyən yerlərdən mal alanda belə olması normaldır..

Zülf **i
Salam her vaxtınız xeyir .səhər səhər telefonuma bildirdi geldi yalnış pin,maaş kartıma kart özümde ola ola pul çəkilmək istənildi.hemin anda bildirsə baxmağa üçün birbankima daxil olmaq istədim alinmadi,bankomat məlumatları bele silindi..bir necə cəhddən sonra giriş edə bildim..bildiris silindi saxlia bilmedim.bank əməkdasi təkzib edir ki debett kartına giriş olunub,bu necə ola bilər axı mən dəqiq baxdım ki maaş kartına giriş olundu.hesabimda pul yox idi.ancaq qeyri ixtiyarı narahat oluram.hesa..
0 0 0 46
Kəna **a 7 ay öncə

Məncə bu məsələdə biraz da sizdə günah var. Mənşəyi bilinməyən yerlərdən mal alanda belə olması normaldır..

Fəra **ə
Salam.Huquqshunaslar.Dimeli men Yoldasimnan Noyabirin 5 ayrilib Bakidan Zaqatalaya Atam gile gelmisem.2 Ovladimiz var.Ovladlar ve men Bakida Yoldasimin adinda olan evimizde ucotdayiq ve 15 il yasamisiq.Demek isteyirem Baki qeydiyyatında ola ola.Mehkemeye Zaqatala rayonunda muraciyyet ede bilerem?Bosanma mehkemesi burda olmasi munkundur?..
0 0 0 94
Kəna **a 7 ay öncə

Məncə bu məsələdə biraz da sizdə günah var. Mənşəyi bilinməyən yerlərdən mal alanda belə olması normaldır..


Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Kapital Bank 25 ş.
Umico 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər