Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Bir nəfər məni narahat edir necə gizli şikayət edə bilərəm?
Adsı **d
Adsı **d
4 ay öncə
Salam .
Bir nəfər məni narahat edir , evli olduğumu bilə bilə. İş yerimə gəlir, maşınla məni izləyir.
Arxamca düşür. Qətiyyən ona ümid verməmişəm.
Sadəcə işlə əlaqədar telefon zəngləri və mesajlar var.
Onu 102 ə şikayət etmək istəyirəm. Lakin ailəmin bilməsini qəti şəkildə istəmirəm. Qardaşım və yoldaşım bilsə həqiqətən ara qarışcaq.
Soruşmaq istəyirdim ki şikayət etsəm əgər. Bu ailəmdən gizli qala bilər?
Oxunub: 82 dəfə.
Kateqoriya: Şikayətlər
bir   nefer   meni   narahat   edir   nece   gizli   sikayet   ede   bilerem  
Nəbi **i
Nəbi **i
4 ay öncə
Polisə müraciət etdikdən sonra şikayət prosesinin ailənizə sirayət etməməsi üçün xüsusi tələb qeyd edin. Əksər hallarda şikayətlər yalnız tərəflər arasında həll edilir və ailə üzvlərinə məlumat verilmir, xüsusən də ailə üzvlərinə bildirilməsi riskli olduğunu bildirərsinizsə.



Polisə müraciət etməmişdən öncə sübutlar toplayın. Telefon zəngləri, mesajlar, izlənmə və digər narahatedici davranışları sübut edən dəlilləri (mesaj skrinşotları, zəng qeydləri, izlənmə faktlarını sübut edən videolar və ya şahid ifadələri) toplayın.
Akul **a
Akul **a
4 ay öncə
Polisə deyin ki, ailənizə deməsin. Əslində, polis niyə söz gəzdirsin ki? Amma əgər onlardan zəng gəlsə, ya necəsə olsa, əriniz bilə bilər. "Ailə" dedikdə tam olaraq kimləri nəzərdə tutursunuz? Ər evindəsinizsə, ata qardaşdan narahat olmayın, siz də gizli yolla polislə əlaqə saxlayın, əriniz də bilməsin.
şəms **
şəms **
4 ay öncə
Senin arxanca düshende, heqiqeten üz vermemisense, kes qarshisini, 2-3 kelme de ki, "-ele eleme senin arvadini, qizini, anani, bacini erimin, qardashlarimin yorqanina bir-bir saldirim... Bir de seni arxamca sürünen görmeyim.!" desen, bir de onu neinki, arxanca sürünen, hetta senin yashadiqin sheherde bele görmezsen, söz... Hemen toz olub gedecek cehenneme...

Erine, qardashina desen, günahi sende görerler, hem de ellerindende xata cixar... Qardashlarin xarakteri cox pis olur...
Bağı **n
Bağı **n
4 ay öncə
Əgər sənin gunahin yoxdusa işdən kənar mövzu söhbətlərin olmayibsa niyə demirsən yoldaşiva de ustu acilanda günahkar qalacaq kənarda qardaşın yoldaşın səni gunahkar edəcək ki vaxtinda niyə deməmisən niyə bizə deməmiş polisə getmisən
Sadi **ı
Sadi **ı
4 ay öncə
Gorunurki xanim yoldasina ya qardasina demek istemirki gedib nese ederler bir kuce itinden otru zibile duserler.Bunu basa dusmek ucun yungulce dusunmek bes edir.Xanim.ne sorusur siz ne deyirsiz.Hami aqsaqqal.olub.Xanim yaxinlasib polis idaresine sikayet zamani meseleni basa salib teleb ede bilersizki bu mesele ses kuysuz hell olsun kimse bilmesin.
Səma **t
Səma **t
4 ay öncə
Ozunuz helle edun.Hardasa boşluq yaratmisiz.Sifat edib yaxin qoymayun redd olub gedecek.Kişileŕi qayub alemi qatmayun
Lami **q
Lami **q
4 ay öncə
Ananıza deyin, ananız daha yaxşı həll edər
Mələ **m
Mələ **m
4 ay öncə
Eger uz vermemisizse heqiqeten qabagin kesin ele bir soz deyinki mfnliyi olsa ozu gedecek. Amma mutleq elesini poluse vermək lazimdi. Artiq pozgunluq bas alib gedir evli subay kime geldi ilisirler
Güne **z
Güne **z
4 ay öncə
bir muddet iwden ayrilin
Elmi **a
Elmi **a
4 ay öncə
Ortada ne isə basqa söhbət var diyə qardaşıvızın bilməsini istəmirsiniz?
Lale **k
Lale **k
4 ay öncə
Qardaş , yoldaş nə üçündür??belə gündə yanınızda olmayacaqlarsa? Həqiqətən sizlik heç nə yoxdursa , onlara deyin ona həddini bildirsinlər.Siz demədikcə haqlıykən haqsız duruma salacaqsız özünüzü.Kifayət qədər üzlü insandır deməli.Şikayət etsəz sizə zəng gələ bilər, polisdən idarəyə çağırarlar.məncə biləcəklər .
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Bir nəfər Barədə Digər Şikayətlər
Adsı **d
Salam . Bir nəfər məni narahat edir , evli olduğumu bilə bilə. İş yerimə gəlir, maşınla məni izləyir. Arxamca düşür. Qətiyyən ona ümid verməmişəm. Sadəcə işlə əlaqədar telefon zəngləri və mesajlar var. Onu 102 ə şikayət etmək istəyirəm. Lakin ailəmin bilməsini qəti şəkildə istəmirəm. Qardaşım və yoldaşım bilsə həqiqətən ara qarışcaq. Soruşmaq istəyirdim ki şikayət etsəm əgər. Bu ailəmdən gizli qala bilər?..
1 0 11 83
Bağı **n 4 ay öncə

Əgər sənin gunahin yoxdusa işdən kənar mövzu söhbətlərin olmayibsa niyə demirsən yoldaşiva de ustu acilanda günahkar qal..

Adsı **d
Salam aleykum! Zehmet olmasa meslehet vererdiniz . 4-5 gun bunnan qabaq avtomobilimi satmisam. Ve alan adam zeng edib deyir, men masini qaytarmaq isteyirem , korobkasinda problem var . Qaldi ki butun problemleri men qeyd elemisdim , ve gelib baxandan sonra ozude gorub . Indi zeng edib deyir men seni mehkemeye verecem...
0 0 11 86
Firu **m 4 ay öncə

Bilirdinizse dediyi yerde problem vardi qaytarun.Yoxsa halal olmaz o pil size. ..


Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Kapital Bank 25 ş.
Umico 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər