Cəmi 1556 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Bolt sürücüsünün qeyri-peşəkar davranışı və müştəriyə hörmətsiz yanaşması barədə şikayət
Gula **u
Gula **u
5 ay öncə
Salam. Şikayətim Bolt sürücüsündəndir. Dünən bir hadisə başıma gəldi. Və, bunu burda yazıram ki, onun kimi sürücülər varsa, xahiş edirəm işləməyin. Sizə uyğun sahədə işləyin. Mən hər gün 2 yaşlı uşağı bağçadan götürüb evə gətirmək üçün Bolt taksidən istifadə edirəm. Ünvana gedib, geri qayitmaq ümumilikdə 15 dəq.ə vaxt aparır. Bolt 3.50 azn yazdığı halda həmişə bu məsafə üçün 5 azn ödəyirəm. Dünən yaşı 60-65 arası dayı sürücü gəlib. Məni bağçaya apardı. Maşından düşüb uşağın arxasıycan getdim. Uşaqları bağçadan götürən valideynlər bilir, bəzən uşaqlar hazır olmur, valideynin gəlməyini görəndən sonra uşağı geyindirirlər, valideynə təhvil verirlər. Və bu bir qədər zaman aparır. Mənim uşağı bagçadan götürməyim 3 dəq.vaxt aparıb. Bağçadan çıxanda (maşının dayandıgı yerə qədər təxminən 30 metr məsafə olar) uşağın əlindən tutub, maşına tərəf gəlirdim ki, sürücü 3-4 dəfə siqnal verib, əsəbi halda əllərini rula vurub, məni maşına çagırdı. Maşına əyləşib, soruşdum:
-Dayı, nəsə problem var?
- Mən sənin şəxsı sürücün deyiləmeee, məni gözlədirsən"
-Anlamadım, mən uşaq götürurəm bağçadan, gözləmək pulsuz deyil axı, gözləməyə görə, pul yazır, nə yazacaq onu ödəyəcəm
-Mən, o xidməti aktiv eləməmişəm. Mən niyə gözləməliyəm ki, uşagın əlindən tutub gələsən, götür uşağı qucagında gətir dəəə, mən xəstə adamam🤦🏻‍♀️
-Xəstəsinizsə, narahatsınızsa, maşını saxlayın, mən düşürəm, buna görə başqalarının qanını qaraltmaq lazım deyil.
5 azn.i verdım, dedim, yolun yarısını gətirmisiniz, pulunuzu burdan çıxın.
- "Mənə sənin pulun lazim deyil, düş"
-" Mənə də sürücünün 2 azn sərf etdiyi yolun minnəti lazım deyil"
Maşını sürməyə davam elədi. Dedim, sız müştəriyə qarşı düzgün hərəkət eləmədiniz. Barmaq hərəkəti ilə hədələmək, tələsdirməyi mənim atam, və ya yoldaşım edə bilər. Mən nə sizin qızınız, nə də qohumunuz deyiləm ki, mənə belə hərəkət edəsiniz. Xəstəliyə gələndə, mənim də özümə görə öz xəstəliklərim, öz problemlərim olur. Amma, buna görə başqalarının qanını qaraltmaq doğru deyil.
- Sənin də uşağın əlindən tutub gəlməyin doğru deyil, adam uşağı qucağına alar, gətirər.
-Bəlkə, mənim nəsə problemim var, uşağı qucağıma ala bilmirəm, əlindən tutub gəlirəm? Nə qədər vaxt gözlədirəmsə onun da pulunu ödəyirəm.
- Qəpik, quruş?
- Qəpik, quruş dediyiniz məbləği mən təyin edirəm? Narazısınızsa mənə niyə? şirkətinizə, dövlətinizə etirazınızı bildirin. Mən, 3.50 azn məbləğ təyin olunan məsafəyə, sürücünün xeyri üçün 5 azn ödəyirəm. Əgər 15 dəq.ə vaxt sərf edib, 5 azn qazanmaq sizin üçün qəpik-quruşdursa, onda bu sahədə işləməyin. 2 ildir Boltdan sitifadə edirəm. Nadir halda narazıçılığım olub. Gənc sürücülərimiz olub ki, nəzakət qaydalarına riayiət edərək, heç bir problem olmadan, hətta, işdən çıxdıgım anda, əlimdə yüküm, körpə uşaqlı olduğumu görüb, maşının qapısını açıb, uşağı düşürməkdə kömək edənlər də olub. Özüm də, həmişə, sürücülərlə nəzakət qaydalarına uygun davranan biriyəm. Həmişə
"zəhmət olmasa saxlayın", "zəhmət olmasa gözləyin" normal insani münasibət göstərmişəm. Bu hadisədən belə qənaətə gəlirəm ki, bəzi yaşlı insanlar səbirsiz olur və müştəri ilə düzgün davranış qaydalarına riayiət edə bilmir. Belə sürücülərdən xahiş edirəm, öz səbrinizə görə iş tapın, icazə verin, işi işləyə bilənlər işləsin.
Bolt sürücüsünün qeyri-peşəkar davranışı və müştəriyə hörmətsiz yanaşması barədə şikayət
Oxunub: 87 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Bolt Barədə Digər Şikayətlər
Adsı **d
Salam, Umumi shekilde shikayetim Bolt’un son zamanlar bezi qudurmush taksi suruculerindendir. 28den gencliye taksi sifarish vermishem. Ozu de 7-8 azn’den ashagi yazmir (mebleg problem deyil). Sifarishi qebul edir, sonra app’de yazir ki, men gelmirem, uzaqdi, otkaz verin (tebii ki, de vermirem ve ozunun otkaz getmesini gozleyirem). Ve son aylarda bu hal artiq defelerle tekrarlanir. 1cisi onsuz bilirem ki, Boltda hardan hara gedeceyi sifarishi tesdiq etmemishden qabaq gorur, istemirsen, qebul..
0 0 0 103
Firu **r
Mən əlbəttə eşitmişəm ki, Boltdaki sürücülər anormaldılar və hərdən özlərini çox qəribə aparırlar, amma bu gün özüm eləsiynən rastlaşmışam. Anama taksi sifariş eləmişdim, birincisi sürücü başqa nöqtəyə gəlmişdir- mamam maşını tapa bilmirdi, mən isə çətinliklə sürücüyə zəng eləyə bildim və uzun müddət başa düşə bilmirdim o harada dəqiq dayanmışdır. Deyirəm, mənim mamam sizi orada görmür hara taksi sifariş olunmuşdu, o isə deyir ki məhz həmin yerə gəlib, mən isə xəritədə görürəm ki o tamam başqa..
0 0 0 54
Perv **r
Salam, Bolt və Bolt sürücüləri haqqında şikayətim var. Uzun müddət idi ki taxidən istifadə etmirdim, uşaqlıyam və uşaqla hərəkət etmək mənə çətin gəlir hansı ki, bunu da taxi sürücüləri sifət edərək yaradıb. Mənə elə gəlir ki, uşaq arabası ilə harasa getmək istəsəm mənə elə sifət edəcəklər ki, qaldırıb uşaq arabasını özüm baqaja qoyası olacam (iczə versələr) 😂 Nəysə əsas söhbət bu deyil. Bütün hadisə dünən 4dən sonra baş verib. Dünən anamı bizə gətizdirmək, burdan bir yerdə harasa getmək, qay..
0 0 0 92
Tale **a
BOLT dan həmişə olduğu kimi,taksi sifarişi etdim ki,gecə işdən evə gedəm,yuxu tutub taksidə , baxam ki,qaqam yolu bilərək uzadıb yelləyib Mənə ,nəysə dedim kartını de kartına atacam ,kartına atıb qəbzi skan edib operatora göndərdim və vəziyyəti izah etdim , sağ olsunlar anlayışla qarşılayıb Onlarda şoferə yellədilər və Mənə atış gəlinən məbləğin iki qatını promokod kimi verdilər ,yəni sabah işdən evə havayı gedəcəm . Etməyin belə bəylər , əgər qazancınız Sizi qane etmirsə işləməyin,məsələn Mən ..
0 0 0 104
Rəbi **i
Bolt şirkətindən şikayətçiyəm, belə bir sifarişim olmadığı halda kartımdan pul çıxılır. Özlərinə yazıram, məntiqli açıqlama verən yoxdur...
Bolt şirkətinin əsassız ödəniş problemi ilə bağlı şikayət.
0 0 0 85
Khan **a
Salam, Mənim şikayətim Boltdandır.. 30 yanvar tarixində HB güvən klinikasından Buzovna istiqamətinə taksi sifariş etdim.. Taksi gələn kimi əyləşdik.. Qala yolu istiqamətində hərəkət edərkən, sürücü sükan arxasında yuxuladı və yol avtomobil qəza hadisəsi baş verdi.. Nəticədə Anam kəllə beyin travması, Mən alının kəsilmiş cırılmış yarası, oğlum 2 yaş 9 aylıq uşaq isə sağ ayağın sınığı ilə xəstəxanaya yerləşdirildik.. Bu şirkət harada narkoman, küçədən keçən, pzünü tanımayan varsa hamisina maşin ve..
0 0 0 98
Sami **m
Şikayetim Bolt taxi şirketinin suruculerindendir, hava limanından sifariş verdim 7 - 8 azn yazır amma gələndə 20 azn istəyirlər, bir-neçə dəfə bu təkrar oldu...
1 0 0 109
Adsı **d
Salam axsaminiz xeyir menim de Bolt ogun xeste veziyyetimde mene artiq pul yazmisdi shofer.mende mebleg 3.40 gosterir artiq tamah shofer ise ne etmisdise 4.20 gosterirdi.shikayeti hara etmek lazimdi???..
0 0 0 96
Adsı **d
Hansısa qrupda yazılmışdır ki Boltda maşınlar başqa nömrələr ilə gəlirlər, tətbiqdə göstəriləndən fərqli Və dedim gəl mənimlə baş verən hadisə ilə bölüşüm, elə bu yaxınlarda həmin şey baş verib 🤡..
Bolt tətbiqdə göstəriləndən fərqli nömrəli maşın göndərir!Bolt tətbiqdə göstəriləndən fərqli nömrəli maşın göndərir!
0 0 0 64
Gula **u
Salam. Şikayətim Bolt sürücüsündəndir. Dünən bir hadisə başıma gəldi. Və, bunu burda yazıram ki, onun kimi sürücülər varsa, xahiş edirəm işləməyin. Sizə uyğun sahədə işləyin. Mən hər gün 2 yaşlı uşağı bağçadan götürüb evə gətirmək üçün Bolt taksidən istifadə edirəm. Ünvana gedib, geri qayitmaq ümumilikdə 15 dəq.ə vaxt aparır. Bolt 3.50 azn yazdığı halda həmişə bu məsafə üçün 5 azn ödəyirəm. Dünən yaşı 60-65 arası dayı sürücü gəlib. Məni bağçaya apardı. Maşından düşüb uşağın arxasıycan getdim. Uş..
Bolt sürücüsünün qeyri-peşəkar davranışı və müştəriyə hörmətsiz yanaşması barədə şikayət
0 0 0 88

Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Umico 25 ş.
Kapital Bank 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər