Royal babayev problemlərimizi demişik də, deyirik ki, antiinhisarın nəzarətə almışıq dediyi internet söhbəti niyə yekunlaşmır? Niyə hər gün bu qədər tıxac olur və həlli tapılmır? Niyə şəhərin mərkəzində xəbərdarlıq edilmədən qaz, işıq, su anidən dayandırılır və sonra buna görə üzr istənmir? Niyə bütün orqanlarda cəmi 1 ya 2 operator işləyir, zəng edəndə yarım saat gözləyirik, sonra konturumuz qurtarır, qalırıq həll edilməmiş? Niyə azad bazar yaradılmır? Niyə mən aldığım şeyi gömrüyə bəyan eləməliyəm?
Niyə mənə limit qoyulur? Niyə hardasa tikinti işi gedir deyə aidiyyatı olmayan insanları cərimələməklə o vəsait toplanır? Niyə neft ölkəsində benzinin qiyməti arta-arta gedir? Niyə hələ də köhnə avtobuslar var? Niyə metroda yay-qış havalandırma yox səviyyəsindədir? Niyə birinci qiymət artır, sonra maaş?
Niyə veterana 80 manat pul verilir? Niyə bu qədər qazi intihar elədi, onlara baxılmadı, incidildi? Niyə həqiqi əlillər, sağlamlıq imkanları məhdud şəxslər təqaüd ala bilmir? Niyə hazır sənədlərin rüsumu qaldırılır? Niyə dövlət bağçasına uşaq yazdırmaq göydə ulduz dərmək kimidir? Niyə uşaqlar məktəbdə təhsil ala bilmir, hazırlığa gedirlər?
Bu qədər problemin yanında 37 qəpiklik çipsi davası eliyən adama mən bilmirəm nə deyim.
İl marketdə eynən belə verir çeki..