şikayətim colibri az şirkətindəndir salam. şikayətim colibri az şirkətindəndir. 27 noyabr tarixində amerika anbarına sufarişim təhvil verilib, amma hələdə bağlamadan xəbər yoxdur.
Ups’dən təhvil verilməsilə bağlı bildiriş gələn günü colibri şəxsi kabinetimdə bir bağlama əlavə olundu bəyan edilib statusunda, eyni mənim sifarişim çəkisində. 2 həftədir amma göndərilmir. Hər gün zəng vururam hər dəfə nəsə uydururlar.
Bu gün isə deyirlər guya sistemə vurulan texniki səhvdir və mənim bağlamamı ups heç təhvil verməyib. Guya eyni gündə, eyni çəkidə olması belə təsadüfdür. Hələ mənə yol göstərirlərki sifariş etdiyiniz sayta deyin pulunuzu qaytarsın.
Mən necə sübut edə bilərəm ki bağlaam təhvik verilib? Track nömrə ilə yoxlayanda asad adlı şəxs qəbul edib yazılıb. Amma colibrinin operatoru deyirki o şəxs çoxdan işdən çıxıb və ups ünvanı tanığı üçün avtomatik elə yazır.
@colibri. Az.