Sürücü gediş haqqından əlavə pul alır sərnişindən! 535 nömrəli avtobus şoferləri artıq dəfələrlə məndən əlavə pul alıb. Masazırdan (ə.
Vahid heykəlinin yanından) novxanıya 70 qəpik pul alır. Mən digər avtobuslarda görmüşəm yazılıb ki xırdalan novxanı 70 qəpik, masazır novxanı 50 qəpik gediş haqqı ödənilməlidir. Deyəndə də kobud şəkildə qışqırırlar.
Heç bir avtobusda da müdiriyyətin nömrəsi yoxdur. əvvəllər belə deyildi hər bir avtobusda müdiriyyətin nömrəsi qeyd olunurdu. Hal hazırda həqiqətən özbaşnalıq baş alıb gedir.
Bna qaynar xəttinə dəfələrlə zəng vürdüm heç birinə cavab verilmir. Xahiş edirəm bu işə baxılsın! .