Şikayətim Yango taxi sürücüsündəndir. Növbəti özbaşınalıq!
Bir az qabaq bir ünvandan bağa taksi sifariş verdim. Məbləğ 9.50 yazılmışdı. Sürücü gələndə soruşdu hara gedirsiz, dedim bağa. Dedi mən ancaq şəhər içi işləyirəm. Dedim yazmışam da əvvəldən hara gedəcəyəmi. Yalandan dedi ki, guya görmür hara gediləcəyini. İmtina verdim. Məcburam soyuqda münasib qiymətə taksi axtarım. Həmin sürücünün bu özbaşınalığından və tərbiyəsizliyindən Yangoya şikayət yazdım və barəsində tədbir görülməsini istədim. Cavab gəldi ki, həmin sürücü barəsində tədbir görüləcək. Mənə 15 faiz endirimli promokod verdilər. Belələrini çıxartmaq lazımdır ki, camaatın əsəbləri ilə oynamasınlar. Soyuqda adamı çöldə qoymaq və gələndən sonra demək ki, getmirəm, tərbiyəsizlikdir.
İki gün əvvəl də birini sifariş vermişik uzaq məsafə idi 18.20 yazıb. 50 manat vermişik ki, 19 çix. Ağzını əyə əyə deyir..