24. 11. 2023 tarixində, baku electronicsin nərimanov filialından, “black friday” endirimi zamanı 5 adda məhsulu 2256,76 manat ödəməklə almışam. əlavə olaraq alınan məhsullar üçün sifarişim əsasında əlavə ödənişlə vi̇p zəmanət tətbiq olundu. Lg markalı (malın tam adı: tv lg tv-də bir müddət sonra qüsurlar ortaya çıxdı. Qeyd edim ki, tv çox az istifadə olunub və bu səbəbdən nasasızlıq gec üzə çıxıb.
2024 cü ilin sentyabr ayında tv-də yaranmış problemlə əlaqədar baku electronics mağazasına müraciət etdim, müraciətə əsasən servisə yönəltdilər. Servisin ilkin baxışı zamanı tv-nin ekranının dəyişdirilməsinə ehtiyac olduğu bildirildi. Yeni alınmış məhsul üçün əsas hissə-detal olan ekranın dəyişdirilməsinin məqsədə uyğun olmadığını bildirərək, təmir təklifini qəbul etmədik. Evdə uşaq və ya müdaxilə edəcək heç kimsənin olmadığını bildirərək, zavod defekti olduğundan ya yenisi ilə əvəz olunmasini istədik, lakin heç bir müsbət geri dönüş almadıq. İqtisadiyyat nazirliyinə şikayət edəcəyimizi bildirdikdən bir müddət sonra servis yenidən tv-yə baxış keçirdi, tv-nin həqiqətən də az işləndiyinin sübutu kimi işlənmə saatının şəklini çəkərək getdilər. Yenidən heç bir geri dönüş olmadığı üçün servisə müraciət etdik, servis, “biz bu məsələyə baxmırıq, mağazaya müraciət edin” deyərək mağazaya yaxınlaşmağımızın lazım olduğunu bildirdi.
Buna əsaslanıb mağazaya yaxınlaşdıqda isə yalnız satış həyata keçirildiyini, servis rəyi tələb olunduğu bildirildi. Servis ise aylardir rey vermir ve tələb etdiyimde de biraz gec olacagini bildirdiler. Nəticədə, baku electronics, satış etdiyi defektli məhsulu (vi̇p zəmanətli) yenisi ilə əvəz etmək əvəzinə təmirə yönəltmək və problemli məsələni ləngitməklə zəmanət müddətinin bitməsinə zərurət yaradır. Ve bilirlər ki, zemanet 24. 11. 2024 bitir, bu sebebden movzunu uzadirlar.
Sizlərə də meslehetim bu cur magazalardan alis edende ehtiyatli olun elexsus black friday zamani.
Şəbəkələrdən texnika alan insanlara həmişə bir təhər baxmışam. Adam bir almaq istədiyi malı bazarda araşdırar. Qiymətini..