Bakuelektronics şirkəti 30 illiyi münasibətilə müştərilərə necə kələk gəlir?
Şikayətim BakuElektronics şirkətindəndir. Deməli,mən bunlardan "Belorad" kombisi sifariş etdim. Mənə dedilər ki,istədiyiniz məhsul Azadlıq filiallndan görünəcəksiniz.
Getdim pulu ödədim, üstəlik VİP Zəmanət+quraşdırılma və "Pusk"-a görə əlavə 108 manat ödəniş etdim. Ödəniş vaxtı guya mənə 30 manat endirim etdiklərini dedilər. 3 gün sonra məhsulu olan təhvil aldıqdan sonra məlum oldu ki, onlar mənə istədiyim məhsulu yox,30 manat ucuz məhsulu satıblar.Deməlin, istədiyim məhsul stokda olmayıb və bular da başqa məhsulu mənə satıblar. O 30 manat endirim xelı bu imiş...).Bundan əlavə mənə bildirildi ki, yaşadığınız Ağsuya yaxın Göyçaydan gəlib kombiyə "pusk" verəcəklər.
Evə gələndən sonra əlaqə saxlayanda məlum oldu ki, bunların servisi Mingəçevirdə imiş və Mingəçevirdən Ağsuya hər km-ə görə 50 qəpik pul ödəməliyəm. Halbu ki,mən quraşdırılma məbləğini ödəyəndə bu haqda mənə heç bir məlumat verilməmişdi.
Və sonra , kombinin qutusunun içində heç bir təlimat kitabçası və kombinin yan tərəfində problemlərin səbəbi,həlli haqqında məlumat verici yazı yox idi. Mən bilmirəm bu şirkət bu kombini padvalda istehsal edib ya nə?
İndi mən kombini qaytaracam. Üstündə pul versəm belə qaytaracam.
Bu qədər yazı yazmısınız amma bir dənə ortaya fakt qoymamısınız. Konkret problem nədir ki?..