Bank Ödəniş Sistemində Ciddi Nöqsan
Müasir dövrdə bankların fəaliyyətində texnologiyadan geniş istifadə edilməsi müştərilərə rahatlıq yaratmaqla yanaşı, bəzi hallarda ciddi problemlərə də yol açır. Xüsusilə, onlayn bankçılıq sistemlərində baş verən texniki xətalar və çatışmazlıqlar istifadəçilərin maliyyə itkiləri ilə üzləşməsinə səbəb ola bilər.
Kapital Bank 1Bank biznes platforması üzərindən ödəniş etdikdən sonra ödəniş tapşırığını PDF formatında sistemdən yükləyərək qarşı tərəfə göndərdik. Lakin qarşı tərəf ödəniş tapşırığında qeyd olunan hesab nömrəsinin onlara məxsus olmadığını və vəsaitin yanlış hesaba köçürüldüyünü bildirdi. Mühasib isə ödəniş zamanı hesab nömrəsini ən azı üç dəfə yoxladığını və məhz düzgün hesaba köçürmə etdiyini israrla qeyd etdi.
Məsələni daha dərindən araşdırarkən Kapital Bankın ödəniş sistemində ciddi bir uyğunsuzluğun olduğunu müəyyən etdik. Belə ki, ödəniş tapşırığını iki fərqli bölmədən əldə etmək mümkündür:
1. "Köçürmələr" bölməsi – burada ödəniş tapşırığında göstərilən hesab nömrəsi düzgün idi.
2. "Hesab" bölməsi – buradan əldə edilən ödəniş tapşırığında isə hesab nömrəsi səhv göstərilirdi.
Ölkənin aparıcı banklarından biri olan Kapital Bankın sistemində belə bir uyğunsuzluğun mövcud olması son dərəcə ciddi bir nöqsandır. Bank sistemlərinin müştərilərə dəqiq və etibarlı maliyyə xidmətləri təqdim etməsi əsas prinsip olmalıdır. Bu cür texniki qüsurlar müştərilərin maddi və hüquqi problemlərlə qarşılaşmasına səbəb ola bilər. Bank rəhbərliyi bu məsələyə dərhal müdaxilə etməli və sistemdəki boşluğu aradan qaldırmalıdır.
Müasir bankçılıqda texnoloji inkişaf nə qədər sürətli olsa da, müştəri təhlükəsizliyi və sistemlərin etibarlılığı həmişə prioritet olmalıdır.
Umicoya qoyun yüklənsin. M10 app. Dən umico balansını atın m10-a. Ordanda kartınıza atın. Bu yolla sizin istəyiniz olur...