Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Keyfiyyətsiz məhsulun vurduğu ziyan
Lütv **i
Lütv **i
7 ay öncə
Keyfiyyətsiz məhsulun vurduğu ziyan mən əhmədov lütviyar nurməmməd oğlu, 05. 11. 2023 tarixdə baku elektroniksin ukrayna dairəsi mağazasından lg paltaryuyan maşınını almışam (1 il zəmanətlə).

Bu il iyul ayının 12 - də qax rayonunda hüzrümüz düşdüyü üçün paltaryuyan maşının qapısı açıq vəziyyətdə və mənzilə suyun ümumi girişini blokdan bağlayaraq rayona getmişəm. Bir neçə gün mənzildə heç kim olmayıb. İyulun 18 - də qızım ezamiyyətdən qayıdaraq mənzildə paltaryuyan maşının dolub daşdığını və mətbəx döşəməsində gölməçə əmələ gəldiyini bildirdi.

Bir təhər həmin suyu yığıb atdığını bildirdi. Mən bir sıra səbəblərdən yalnız avqustun 29 - da bakıya qayıda bildim və gəlib mətbəxin parketini və bir neçə divarda divar kağızlarını aşağı hissələrinin və plintusların yararsız vəziyyətə düşdüyünü gördüm. Sonra mağazaya gedərək əhvalatı bildirdim.

Servisə müraciət etməyimi söylədilər. Müraciəti avqustun 30 - da etdim, sentyabrın 3 - də usta gəldi, klapanların xarab olduğunu və su buraxdığını qəbzdə qeyd edərək onları dəyişdi. Mən qəbzin şəklini də əlavə edərək şikayətimi şirkətin saytına yazdım.

Lakin onlardan heç bir cavab almadım. Keyfiyyətsjz məhsula görə mənə dəymiş ziyanın şirkət tərəfindən ödənməsini istəyirəm. öncədən təşəkkürlər.

şəkli yükləməyim alınmır.
Oxunub: 98 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Ukrayna Dairəsi Mağazası Barədə Digər Şikayətlər
Lütv **i
Keyfiyyətsiz məhsulun vurduğu ziyan mən əhmədov lütviyar nurməmməd oğlu, 05. 11. 2023 tarixdə baku elektroniksin ukrayna dairəsi mağazasından lg paltaryuyan maşınını almışam (1 il zəmanətlə). Bu il iyul ayının 12 - də qax rayonunda hüzrümüz düşdüyü üçün paltaryuyan maşının qapısı açıq vəziyyətdə və mənzilə suyun ümumi girişini blokdan bağlayaraq rayona getmişəm. Bir neçə gün mənzildə heç kim olmayıb. İyulun 18 - də qızım ezamiyyətdən qayıdaraq mənzildə paltaryuyan maşının dolub daşdığını və m..
0 0 0 99

Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Umico 25 ş.
Kapital Bank 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər