Salam, dünən masazır qəsəbəsi, 3 mərtəbələrdə yerləşən araz marketdə idim. Məhsulun altında firma adı, köhnə məbləği, üstündə xətt çəkilib və yeni endirim məbləği yazılıb. Götürdüm kassada 3 manat baha köhnə qiyməti çıxdı. Gedib yerində göstərdim hər şeyi başa saldım, ancaq xeyri olmadı. öz bildiklərini dedilər. Artıq neçənci dəfədi belə halla rastlaşıram arazda.
Araz supermarket bu defe de magaza mudiri xahis elese de silen deyilem postu qacaq nebi kucesijdeki araz bu ay ne var ne varki abb bankla pos terminallarinda 3 faiz cashback verir her defe deyirem abb terminalina yoneldin deyirler abb terminali islemir maraginiz nedir? Abb o terminallari araza suvenir kimi vermisiz? Nedie yoxsa pasa size faiz verir? ..
Salam, mən artıq neçə dəfədir ki akademik həsən əliyev 88 ünvanında yerləşən araz supermarketdən alış - veriş edirəm. Marketdə nə məhsul barədə söz soruşmağa bir işçi nəfəri var, nə də ki kassada kifayət qədər kassir. Hesab ödəməyə gəlincə isə, bonus kartını teləfondan qeydə alıb bonus yükləməyin mümkünsüz olduğunu bildirirlər.
çox təəssüf edirəm. ..
Hər kəsə salam.
Araz supermarketləri ilə bağlı ciddi narazılığım var! Aldığım məhsullardan biri istifadə tarixi keçmiş çıxdı, digərinin isə qablaşdırması zədələnmişdi. Problemlə bağlı mağaza işçilərinə yaxınlaşdım, lakin məsələni həll etmək əvəzinə məni günahlandırdılar və laqeyd yanaşdılar. Bu cür münasibət müştəri hüquqlarına hörmətsizlikdir və məni çox məyus etdi.
..
Anadolu liseyi ilə üzbəüz araz market “baş satıcı” fidan xanım salam. şikayətim nizami mst yaxınlığı anadolu liseyi ilə üzbəüz olan araz marketdə ki, baş satıcı fidan xanımla əlaqədardır. 1 aprel itim ilə (golden retrivier) gəzinti də olarkən araza daxıl oldum və orda tərəvəz şöbəsində dayanan əməkdaşlar mədəni bir şəkildə mağaza itlə daxıl olmaq işarəsini mənə göstərib bildirdilər.
Mənim bu barədə məlumatım yox idi. Sadəcə bir su almalı olduğumu arazın yanında bağlaya biləcəyim bir yer olmadı..
Tbilisidəki Araz marketdən 2,70 ə bu meyvə suyunu almışam, evdə qapağını açıram baxıram bu vəziyyətdə, az qala yarısı içilib. Atdım getdi olduğu kimi. 2 litrlik qabı kim hansı ara açıb içir baş açmaq olmur. Mədəniyyətsizlik baş alıb gedir...
Bu məhsulu “Araz”dan almışam. Gəlib salafandan çıxardım, gördüm yarımçıqdır. Elə bildim istehsalat səhvidir. Sonradan baxıram ki ağzı açıqdır. Kimsə açıb, içib, sonra da qapağını bağlayıb qoyub yerinə. Əgər məhsullara nəzarət edə bilməyəcəksinizsə, onda niyə işləyirsiz? Haçan baxırsan “Araz” işçi axtarır, amma belə problemlər həmişə bu marketdə olur...
Araz Supermarket Aylardır Sumqayıtda sizə etdiyim çörək ilə bağlı şikayətimi araşdırıb bitirmədiz? Ən son bir müddət əvvəl Veysəoğlu şirkətinə etdiyim yazılı şikayətimə E-mail göndərdiz ki, bəs zəhmət olmasa əlaqə nömrənizi yazın. Əlaqə nömrəmi yazıb göndərdim heç kim əlaqə saxlamadı. 13 Mart tarixində Veysəloğlu şirkətinə zəng edib deyirəm mənə E-mail göndərmişdizki əlaqə nömrənizi yazın əlaqə nömrəmi yazıb göndərdim hələ də heç kim əlaqə saxlamayıb axı. Xanım bildirir ki, hə bilirəm o E-mail-..
Heç şikayət yazan biri deyiləm ancaq dələduz hərəkətlərə səbrim yoxdur.
Bu gün Araz marketdən alış-veriş etdim və çalışdım az edim ki, yorğunam üstümdə daşımayım sadəcə bir neçə endirimli məhsul və çərəz aldım. Çərəzlər düz, amma əsas ən yüksək məbləğ olan məhsul endirimsiz vurulduğu üçün təxmin etdim ki, məhsul çox vurulub. Çıxışda geri gəldim dedim endirimsiz vurmusuz.
1. Müştərini yoraraq əməkdaş tək-tək mənlə mallara baxdı (özləri həll etməlidirlər)
2. Məlum oldu ki, endirimsiz qiymətə ..
Alanda baxmaq lazımdı. Ola bilər sizdən az əvvəl biri açıb qoyub. Hər dəqiqə nəzarət olunması praktiki mümkün deyil..