Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Müşteriye qarsi olan hormetsizlik
Adsı **d
Adsı **d
2 ay öncə
14 fevral 2025-ci il tarixində, saat təxminən 13:00 radələrində Ağ Çiçəyim Premium mağazasından 90 AZN dəyərində gül buketi alınıb. Seçim zamanı mağaza əməkdaşları yalnız vitrində olan güllərdən seçim edilə biləcəyini bildiriblər.
Buket alındıqdan sonra birbaşa evə aparılıb və saat 18:00 radələrində açılarkən içərisindəki güllərdən birinin tamamilə çürüdüyü, digərlərinin isə solduğu müşahidə edilib. Normalda təzə güllər ən azı 3-4 gün ərzində solmağa başlayır, lakin bu buket cəmi bir neçə saat ərzində yararsız vəziyyətə düşüb. Halbuki buketin mağazadan alındığı zaman dib hissəsində su olduğu da nəzərə alınmalıdır. “Premium” adı ilə fəaliyyət göstərən mağazanın belə məhsul təqdim etməsi qəbuledilməzdir.
Şikayət bildirmək məqsədilə mağazaya müraciət edildikdə isə qeyri-peşəkar münasibət nümayiş etdirilib. Əməkdaşlar satılan güllərin həmin vəziyyətdə olmadığını iddia edərək məsuliyyəti müştərinin üzərinə yükləməyə çalışıblar. Hətta "Yəqin küçəyə qoymusunuz, it gəlib dişləyib" kimi qeyri-ciddi və istehzalı ifadələr işlədilib.
Öz etiraflarına əsasən, belə hallar yaşandıqda məhsulun dəyişdirilməsi və ya ödənişin qaytarılması praktikasına malikdirlər. Bu isə o deməkdir ki, belə hallarla daha əvvəl də rastlaşıblar.
Bundan əlavə, mağaza əməkdaşları naməlum səbəbdən buketin şəklini mağazadan çıxarılmadan öncə çəkiblər. Bu, müəssisənin müştərilərə qarşı əvvəlcədən şübhə ilə yanaşdığını və təqdim etdiyi məhsula tam zəmanət vermədiyini göstərir.
Bu hal istehlakçı hüquqlarının pozulması və müştərinin aldadılması deməkdir. Keyfiyyətsiz və yararsız məhsulun satılması, daha sonra isə məsuliyyətin müştərinin üzərinə qoyulması yolverilməzdir. Qeyd olunanlar nəzərə alınaraq, bu cür halların təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsini və mağazanın mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsini tələb edirik.
Müşteriye qarsi olan hormetsizlikMüşteriye qarsi olan hormetsizlikMüşteriye qarsi olan hormetsizlik
Oxunub: 46 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Ağ çiçeyim Barədə Digər Şikayətlər
Adsı **d
14 fevral 2025-ci il tarixində, saat təxminən 13:00 radələrində Ağ Çiçəyim Premium mağazasından 90 AZN dəyərində gül buketi alınıb. Seçim zamanı mağaza əməkdaşları yalnız vitrində olan güllərdən seçim edilə biləcəyini bildiriblər. Buket alındıqdan sonra birbaşa evə aparılıb və saat 18:00 radələrində açılarkən içərisindəki güllərdən birinin tamamilə çürüdüyü, digərlərinin isə solduğu müşahidə edilib. Normalda təzə güllər ən azı 3-4 gün ərzində solmağa başlayır, lakin bu buket cəmi bir neçə saat ..
Müşteriye qarsi olan hormetsizlikMüşteriye qarsi olan hormetsizlikMüşteriye qarsi olan hormetsizlik
0 0 0 47

Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Umico 25 ş.
Kapital Bank 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər