Cəmi 1556 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Kontakt home-un müştəriyə qarşı məsuliyyətsiz yanaşması və problem həllində laqeydlik.
Sabina
Sabina
7 ay öncə
Salam, Kontakt Homedan şikəyyətim var.
Biz Kontakt Home un daimi müştərisiyik (problemsiz müştərisiyik)
Hələ bir situasiya ilə rastlaşdıq və gözləmirdik ki Kontakt Home öz müştərisinə qarşı hələ hörmətsizlik edir.
Noyabr 20 si Soba Gorenje almışıq. 3-4 gündən sonra soba evə gətirildi. Bağlı şəkildə idi. Sual verdim ki açıb yoxlayırsınız , dedilər ki ehtiyac yoxdur, hansı sa bir problem olsa qutunu atmayın 14 gün ərzində qaytarıb və ya dəyişə bilərsiniz. Üstəlik sobanın da qızıl zamanəti var. Sobanı işləddik və gördük ki bişirilən biskvit çiy qaldı. Üst hissəsi qızarır (yanmağa doğru gedir) alt hissəsi isə çiy qalır. Sobanın kitabçasındada qeyd edilib ki alt və üst rejimini qoşaraq həm üst hissəsi həm də ki alt hissəsi eyni qaydada istilik verir. Lakin soba temperaturu alandan sonra rahatçılıq ilə əlimi alt hissəyə qoyub saxlaya bilirəm, kifayət qədər istiliyi vermədiyi üçün. 14 gün keçməmiş qaynar xətti yığıb problemi bildirdik. Onlar ustanı göndəriblər, usta gəlib dərəcəsini yoxlamamış yazıb ki soba işlək vəziyyətdədir. Kobud danışaraq bildirib ki bu günkü müştərilər hamısı narazıdılaz sizin kimi mən acam, mənim baş beynim gedib. Heç problemi eşidmık istəmədi, dedi ki mənə maraqlı deyil. Akta da yazıb ki müştəri yanlış çağırış edib. Həmin usta Kontakt Homun ustasının müştəri ilə danışığı (adı Zöhrab soyadı isə H.). Sonrada dükana yaxınlaşıb bişirdiyimiz biskviti apardıq. Müdirriyət də heç bir köməklik edə bilmədi. Sonra neçə dəfə qaynar xətti yığdıq, onlar müştərinin problemini eşidmirlər və köməklik göstərmirlər. Ondan sonra rəsmi ofislərinə yaxınlaşaraq bu məsələlərə baxan əməkdaşın qəbuluna yazılmaq istədik. Onların qəbuluna düşmək qeyri mümkündür. Ondan sonra onların əməkdaşı əlaqə saxladı. Dedilər ki sobanı ekspertizaya aparacaqlar. Biz də bildirdik ki evimizə gələn usta kimi bu məsləyə baxsalar düzələn deyil. Sobanı apardılar. 10 gün keçib, servisden əlaqə saxladılar ki sobanızı yoxlayıblar işləkdir və boş boşuna servisde durur, gətirək? Mən də soruşdum akt yazılıb yoxlama barəsində, video sübutu etdilər ki soba normal bişirir? Dedilər ki məlumatımız yoxdur, bildirecekler. Həmin günü də ofisə getdik, yenə də qəbul etmədilər, ancaq əlaqə saxladılar. Dedilər ki bir gün vaxt verin servisdən məlumat gözləyirlər . Üstündən 3 gün də keçib hələdə əlaqə saxlayan olmayıb. Başqa şirkətlərdə ekspertiza təyin ediləndə müştərini də dəvət edirlər ki şəffaflıq olsun bişirmə nəticəsi də görülsün.
Əlavə olaraq Görenje şirkətinə müraciət elədik və onlar izah etdilər ki sizin sobanızın problemi aşağıdakı datçikindədir lazımı olan dərəcəni vermir və bişirilən məhsul alt hissəsi çiy qalır.
Kontakt Home ustaları işə başları çıxmır, sadəcə olaraq sobanı qoşur görür ki işləyir bununla da məsələni bağlayırlar.
Bu necə yanaşmaqdır müştəriyə? Sosial şəbəkələrdə nəgədər şikayətlər var müştərilərdən, niyə həll edilmir məsələlər?? Müştəri niyə əziyyət çəkməlidir??? Soba alırsan ki evdəkilərə, uşaqlara çiy məhsul yedizdirməliyik??
Oxunub: 166 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Kontakt Home Barədə Digər Şikayətlər
Adsı **d
Salamlar, oktyabr ayının 18-dən aldığımın hələ 1 ili belə tamam olmamış feni kontakt home un mingəçevir filialına servisə təqdim olunması üçün vermişəm, 1 aydır fendən heç bir xəbər yoxdur, filiala gedirəm, özlərinin heç bir məlumatı yoxdur, servisə zəng edirəm, deyir 14 günə təhvil verilməli idi, sizinlə əlaqə saxlanılacaq (əlaqə saxlanılmır, sadəcə yola verilir). Yəni, oradan nə isə almağı heç kimə məsləhət görmürəm. ..
0 0 0 174
Adsı **d
Her vaxtiniz xeyir. Bir tanis adam Kontakt Homeden PlayStation 5 ve Macbook goturub. Sonra cox ciddi problemleri oldugu ucun texmini 6-7 ay odenis ede bilmeyib. Resmi isi yoxdur. Hal hazirdada ishlemir. Poct ile eve Mehkeme kagizi gonderibler. Borc olub umumi faizli cerimeli 2500 manata yaxin. Meslehet almag isterdimki Mehkemeye getse is nece olacaq neler gozleyir? Cox xahis edirem bilenler melumat versin🙏🏼..
0 0 0 153
Irad **c
Salam.Şikayetim Kontakt Home şirketindendir ve Kontakt Home Sumqayıt filialindandir.31.07.24 tariixinde Sumqayit filiialindan OPPO A 60 markali telefon aldim ele ilk 2 gün icinde telefon öz özüne söndü yandi sonra 1 ay icinde bir nece defe öz özüne sönürdü artiq açilmirdi özüm acirdim.Sentyabrin evveli getdim dükana servise goturduler 14 gün sonra teslim aldim cavab "heç bir problem aşkarlanmayib"yazdilar.Eve getirdim bir hefte sonra yene öz özüne söndü açdim ve tekrarlanirdi.Yene dükana getdim..
0 0 1 197
Kontakt Home 8 ay öncə

Salam, İradə xanım. Yaranmış narazılığınızla bağlı təəssüf edirik. Zəhmət olmasa, səhifəmizin şəxsi mesaj bölməsində sən..

Emil **e
Salam qrup iştrakçıları .Bir təklifim var ! Kim ki,Kontakt Home tərfindən hüquqları pozulur ,xarab mal satıb yiə durmurlar bir sözlə kimi ki Kontakt Home haqqına girir xarab mal satıb halal pulun yeyib ,gəlin bu postun altında birləşək və toplu şəkildə Kontakt Home qarşı şikayət ünvanlayaq dövlət orqanlarına əlavə olaraq social şəbəkələrdə haqqımızı tələb edək imza Mikayılov Mikayıl Azər oglu xarab televizor satılıb 4 aydır problemim hell olunmur dəstək olun Kontakt Home müştərisini aldadır..
0 0 0 63
Kontakt Home 8 ay öncə

Salam, İradə xanım. Yaranmış narazılığınızla bağlı təəssüf edirik. Zəhmət olmasa, səhifəmizin şəxsi mesaj bölməsində sən..

Adsı **d
Salam Kontakhomdan şikayet var.Alinan mal odemesi 4 5 gun gecilib indi cerime odeyirem ki,bitmir bitmir...
0 0 0 72
Kontakt Home 8 ay öncə

Salam, İradə xanım. Yaranmış narazılığınızla bağlı təəssüf edirik. Zəhmət olmasa, səhifəmizin şəxsi mesaj bölməsində sən..

Mika **a
Teləfon xarab çıxdi 3 aydi samsung z flip 5 almisam. 2200 manata 18 ayliq kreditle. Teləfon day başima acmadiqini oyun qalmadi her defe bir yeri xarab olur servis belə odenisle duzeldir. Cox berbad. ..
0 0 0 123
Kontakt Home 8 ay öncə

Salam, İradə xanım. Yaranmış narazılığınızla bağlı təəssüf edirik. Zəhmət olmasa, səhifəmizin şəxsi mesaj bölməsində sən..

Qehr **a
Saxda mal xarab mal bahacilix satilan mallarun 80. 90 faizi deffekt mallardi ve verdikləri zamanetde yalandi cünki verdeikləri vedle emmelləri düz tutmur ne servizləri normaldı nede satdixlari mal. ..
0 0 0 139
Kontakt Home 8 ay öncə

Salam, İradə xanım. Yaranmış narazılığınızla bağlı təəssüf edirik. Zəhmət olmasa, səhifəmizin şəxsi mesaj bölməsində sən..

Medi **d
Salam. Mənim Kontakt Home mağazasından şikayətim var! 09.10.2024 tarixində Sumqayıtdakı Kontakt Home 3-cü filyalına yaxınlaşıb, Samsung Ultra 24 əl telefonu almaq üçün müraciət etdim. Telefonu kreditlə aldığım üçün məndən çoxlu suallar soruşuldu, mağaza bağlandığı və yetərli vaxt qalmadığı üçün, satıcı kredit şöbəsinə yaxınlaşıb (üst mərtəbə) və açıq qutuda olan telefonun sadəcə üzərindəki yapşqanı qopardıb telefonu bizə təqdim etdi. (qutunun açılmış olduğunu mağazadan çıxdıqdan sonra anladıq) ..
1 0 0 120
Kontakt Home 8 ay öncə

Salam, İradə xanım. Yaranmış narazılığınızla bağlı təəssüf edirik. Zəhmət olmasa, səhifəmizin şəxsi mesaj bölməsində sən..

Raya **o
Ayın 27si kontakdan tv almışam 3n kruqundakı kontak Home! Satıcı birinci dedi ki çatdırılma yoxdu, sonra dedi çatdırılma var, men soruşdum ki hansı mehsul yaxşıdı mene bildirdi ki men tam bilmrem özünüz araşdırın, daha sonra mehsulu seçdim Hoffman HOFFMANN 43C4000 modelini, tvni gətirdi, açdı karopkadan, yandırdı, sonra saniyələr içində next next etdi, bildirdimki xaiş edirem ana ekranı açın men görüm necə görsənir falan, dedi bu quraşdırmaq sayılır men edə bilmərəm, özünüz evdə baxarsız, men ..
Kontakt Home-dan şikayətim var
1 0 0 173
Kontakt Home 8 ay öncə

Salam, İradə xanım. Yaranmış narazılığınızla bağlı təəssüf edirik. Zəhmət olmasa, səhifəmizin şəxsi mesaj bölməsində sən..

Said **a
Kontakt Home aile üzvlerime zeng ederek "Bu ay ödeniş edilmese mehkemeye verileceksiz" deye tehdid edir. Hüquqşunasları mene de yazmisdi, mende bildirdim ki xarab mala gore odenis edemeyecem. Haqqimi axtariram, servisde olan mehsulun qaytarilmasini teleb edirem, men tehsil aliram xaricdeyem halhazirda, ölkeye gele bilmirem. Bu hansi haqqla ailemi tehdid edir! #kontakthome bu ne özbaşınalıqdır?!..
Kontakt Home: Haqsız Tələb və Ailə Üzvlərinə Təhdid!
0 0 0 92
Kontakt Home 8 ay öncə

Salam, İradə xanım. Yaranmış narazılığınızla bağlı təəssüf edirik. Zəhmət olmasa, səhifəmizin şəxsi mesaj bölməsində sən..


Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Umico 25 ş.
Kapital Bank 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər