Cəmi 1556 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
Kontakt home mağazasında açıq qutuda satılan və qüsurlu olan telefonla bağlı yaşadığım problemlər.
Medi **d
Medi **d
6 ay öncə
Salam. Mənim Kontakt Home mağazasından şikayətim var!
09.10.2024 tarixində Sumqayıtdakı Kontakt Home 3-cü filyalına yaxınlaşıb, Samsung Ultra 24 əl telefonu almaq üçün müraciət etdim. Telefonu kreditlə aldığım üçün məndən çoxlu suallar soruşuldu, mağaza bağlandığı və yetərli vaxt qalmadığı üçün, satıcı kredit şöbəsinə yaxınlaşıb (üst mərtəbə) və açıq qutuda olan telefonun sadəcə üzərindəki yapşqanı qopardıb telefonu bizə təqdim etdi. (qutunun açılmış olduğunu mağazadan çıxdıqdan sonra anladıq) Sonra ilkin ödəniş olunduqdan sonra qutuda telefon bizə təqdim edildi. Telefonu evə gətirib və spikirindan yetərli səsin çıxmadığını görüb, problemi internetdən araşdırmağa başladım və telefonun xarab olduğu qərara gəlib filyala yaxınlaşdım. Mövzu ilə əlaqədar mağaza müdirinə və onun yanında oturan texniki ekspertə yaxınlaşdım. Texniki ekspert səs-ucaldının tutulmuş olduğunu söylədi və mən də telefonun istifadə edilməmiş olduğunu qeyd edib telefonda qüsur olduğunu bildirdim. Telefonun qüsurunu araşdırmaq üçün servisə getməsinin vacib olduğunu bildirdilər və telefon servisə getdi. 15-20 gündən sonra servisdən səs-ucaldıcının xarab olduğu haqda məlumat aldım və 550 AZN xərci olduğunu mənə bildirdilər. Mən də istifadə etmədiyim telefonu təmir etməyəcəyimi və o məbləği ödəməyəcəyimi onlara bildirdim. Telefon təkrar Kontakt Home mağazasına geri göndərildi və mənə telefonu götürməyimin xəbəri verildi. Mən də mağazaya yaxınlaşıb telefonu qaytarmaq istədiyimi bildirdim. Bir gün sonra müştəri şikayətləri şöbəsindən mənə zəng edildi və təmir xərclərinin yarı-yarı şəkildə ödənilməsi təklif edildi. Mən isə o təklifi qəbul etmədiyimi, gözümün önündə qutunun açılmadığını və telefonu geri götürməyəcəyimi bildirdim. Anti-inhisara şikayət etdim və şikayətdən sonra Kontakt Home-dan mənə zəng gəldi və telefonun sadəcə 25 AZN xərci olduğu bildirildi ! Yəni Samsunga görə 550 AZN amma Kontakt Home-a görə 25 AZN xərc ! mənim başa düşmədiyim budur ki 2 gün içindi hələ telefonu hazırlayıb işlətmədim halda necə onun səs-ucaldısı xarab olur?
uzun sözün qısası 4 aylıq qüsursuz şəkildə kreditini ödədiyim telefonu hələ istifadə edə bilmirəm ! Yəni Kontakt Home deyir səs-ucaldıcıda toz var, Samsung servis deyir içinde həşərat var, sonuncu qərar isə mexaniki qusur ! Nəticə olaraq, qutusu açılmış olan xarab telefonu mənə satıblar !
Oxunub: 116 dəfə.
Kateqoriya: Şikayətlər
kontakt   home   magazasinda   aciq   qutuda   satilan   ve   qusurlu   olan   telefonla   bagli   yas  
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Kontakt Home Barədə Digər Şikayətlər
Raya **o
Ayın 27si kontakdan tv almışam 3n kruqundakı kontak Home! Satıcı birinci dedi ki çatdırılma yoxdu, sonra dedi çatdırılma var, men soruşdum ki hansı mehsul yaxşıdı mene bildirdi ki men tam bilmrem özünüz araşdırın, daha sonra mehsulu seçdim Hoffman HOFFMANN 43C4000 modelini, tvni gətirdi, açdı karopkadan, yandırdı, sonra saniyələr içində next next etdi, bildirdimki xaiş edirem ana ekranı açın men görüm necə görsənir falan, dedi bu quraşdırmaq sayılır men edə bilmərəm, özünüz evdə baxarsız, men ..
Kontakt Home-dan şikayətim var
1 0 0 170
Emil **e
Salam qrup iştrakçıları .Bir təklifim var ! Kim ki,Kontakt Home tərfindən hüquqları pozulur ,xarab mal satıb yiə durmurlar bir sözlə kimi ki Kontakt Home haqqına girir xarab mal satıb halal pulun yeyib ,gəlin bu postun altında birləşək və toplu şəkildə Kontakt Home qarşı şikayət ünvanlayaq dövlət orqanlarına əlavə olaraq social şəbəkələrdə haqqımızı tələb edək imza Mikayılov Mikayıl Azər oglu xarab televizor satılıb 4 aydır problemim hell olunmur dəstək olun Kontakt Home müştərisini aldadır..
0 0 0 60
Adsı **d
Salam Kontakhomdan şikayet var.Alinan mal odemesi 4 5 gun gecilib indi cerime odeyirem ki,bitmir bitmir...
0 0 0 70
Agab **8
Xarab məhsul
Agab **8 11 ay öncə
Salam, xahiş edirəm fikir bildirin. Mən tel götürmüşdüm xarab çıxdı 5 ay ödəniş etmişdim məni çox incitdilər apardım servisə başqa tel verdilər 14 gün ərzində tel dedilər düzəldəcək iki ay oldu düzəlmədi ikinci götürdüyümun şetini baqladılar işlədə bilmədim pulunu ödədim indi deyirlər servisdə olanda ödəməlisən daq başında yaşamırıq məntiq var. Sende olan tel niye pul ödəməliyəm ay kontakt. ..
0 0 0 127
Mika **a
Teləfon xarab çıxdi 3 aydi samsung z flip 5 almisam. 2200 manata 18 ayliq kreditle. Teləfon day başima acmadiqini oyun qalmadi her defe bir yeri xarab olur servis belə odenisle duzeldir. Cox berbad. ..
0 0 0 120
Emil **e
SALAM BİR NECE GUN ONCE PAYLASİM ETMİSEM Kontakt Home XARAB TELEVİZOR SATİB MÜSTƏRİSİN HAQQINA GİRMƏYİ BARƏDƏ. LAKİN Kontakt Home MENİM PAYLASİMLARİMA QEREZLİ ESASİ OLMAYAN YALAN MELUMAT YAZİR.PROBLEMİ MUSTERİSİNDE GORMEK UCUN YALAN VE DOGRU OLMAUAN MELUMAT VERİR. MEN MİKAYİLOV MİKAYİL AZER OGLU OKTYABR 2024 TARİXİNDE XACMAZ Kontakt Home FİLİALİNDAN SAMSUNG TELEVİZOR ALMİSAM VE PROBLEM YARANİB,LAKİN Kontakt Home İDDİA EDİRKİ TELEVİZORU OZ EMEKDASLARI CATDIRIB UNVANA,HANSI ÜNVANA?DAHA SONRA QEY..
Kontakt Home Müştərilərin Haqlarını Pozur – Xarab Məhsul Satışı və Yalan Bəyanatlar!Kontakt Home Müştərilərin Haqlarını Pozur – Xarab Məhsul Satışı və Yalan Bəyanatlar!
0 0 0 61
Adsı **d
Salam bir məsələ ilə bağlı köməyinizə ehtiyyacım var. Deməli kontakt homdan kreditə telefon və planşet götürülüb telefon vaxtında ödənilib amma planşetdə gecikmə olub 5 ay bunlarda telefonu bağlayıblar. Əsas məsələ planşetə 550 man faiz yazılıb bu qədər faiz düzgündü? Deyirəm biraz endirim edinn bağlayım ən az faizi azaldın amma baxmırlar məhsul öz qiyməti kreditnən 1300 manatdı o qədər öədniş olunub indiki borc hələ 1550 manatdı. 550 man faiz gəlməyi nə dərəcə düzgündü..
0 0 0 84
Adsı **d
Sikayetim hem Baku Electronics hemde Kontakt Home sirketindendir.Her 2 sirketin premium musterisiyem.Hem bolge hemde Baki filiallarindan alis veris etmisem.Lakin soz zamanlarda artiq her 2ne getmek istemirem.Agzini acmamis qizil zemanet premium zemanet.Deyirsen ki istemirem satici sifet eliyib gedir yada menfi reaksiya verir.Bezen zemanet falan almiyacam deyende satici umumen maraqlanmaq istemir.Biraz arasdirib oyrene bildimki bu xidmetler muqabilinde satici bonus alir ve o plani vurmuyanda maas..
0 0 1 172
Rusl **i 7 ay öncə

Qarantuya.. Elede rahat deyirler... ayda cemi 15-25azn artig vereceksiniz ))) ..

Adsı **d
Salamlar, oktyabr ayının 18-dən aldığımın hələ 1 ili belə tamam olmamış feni kontakt home un mingəçevir filialına servisə təqdim olunması üçün vermişəm, 1 aydır fendən heç bir xəbər yoxdur, filiala gedirəm, özlərinin heç bir məlumatı yoxdur, servisə zəng edirəm, deyir 14 günə təhvil verilməli idi, sizinlə əlaqə saxlanılacaq (əlaqə saxlanılmır, sadəcə yola verilir). Yəni, oradan nə isə almağı heç kimə məsləhət görmürəm. ..
0 0 0 171
Rusl **i 7 ay öncə

Qarantuya.. Elede rahat deyirler... ayda cemi 15-25azn artig vereceksiniz ))) ..

Perv **r
Salam. Axşamınız xeyir. Başımıza belə bir iş gəlib. Milli ön terminalından Kontakt Homeyə ödəniş etmişik. Çekdə var əlimizdə. Lakin köçürdüyümüz tarixdən bu günə qədər gecikmə yazılıb ödəniş köçməyibmiş. Buna görə ada gecikmə düşüb. Bu necə ola bilər?..
0 0 0 79
Rusl **i 7 ay öncə

Qarantuya.. Elede rahat deyirler... ayda cemi 15-25azn artig vereceksiniz ))) ..


Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Kapital Bank 25 ş.
Umico 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər