Ancaq sosial mediada izləyicisi olan şəxslərə yaxşı xidmət cəmiyyətə hörmətsizlikdi.
Deməli, dostum tam bir həftə öncə (8 fevral) Show Restaurant & Music Hall da bu gün (15 fevral) saat 19:00 üçün iki nəfərlik masa rezerv edib. Rezerv edərkən depozit olub-olmadığını soruşmuşam və mənə bildirilib ki, "depozit yoxdur".
Bu gün (16:37) WhatsApp üzərindən rezervlə bağlı xatırlatma göndərilib və biz də gələcəyimizi təsdiqləmişik (17:42). Sonrasında (18:11) isə məlumat verilib ki, 100 manat depozit olacaq. Əgər gələcəksinizsə, masa ayıraq.
Deyirəm ki, axı bunu əvvəlcədən dəqiqləşdirmişdik, siz depozit olmadığını qeyd etmişdiniz. Əməkdaş gah cavab verir ki, "siz ötən həftə soruşmusunuz", gah da deyir ki, "Instagram üzərindən rezerv etmisiniz, bizimlə əlaqə saxlamamısınız".
Xanıma bildirirəm ki, dəfələrlə məkanınızda olmuşuq və onsuz da qiymətləriniz elədir ki, iki nəfərin hesabı 100 manat edir. Amma bunu bu şəkildə bildirməniz nə dərəcədə düzgündür?! Xanımın yanaşması isə qətiyyən üzrxahlıq deyil. "Üzrlü sayın, əməkdaş səhv edib, sizə yanlış məlumat verilib" demək əvəzinə, sanki bu normal bir halmış kimi davranır və bildirir ki, "bu, rəhbərliyin qərarıdır". Üstəlik, kobud şəkildə "Beşinci dəfədir təkrar edirəm, 100 manat depozit var, qeydə alaq ya yox?" deyir.
Xanıma bildirirəm ki, dəfələrlə restoranınızdan xidmət almışıq, sosial mediada paylaşılıb, tövsiyə edilib, minlərlə insan bu paylaşımları görüb. İndi isə bu reaksiyanız da paylaşılacaq. Yanaşmanız qətiyyən düzgün deyil. Bundan sonra isə xanım "Buyurun, rezerviniz qüvvədədir" deyə cavab verir.
Nə vaxt düzələcəklər?