Cəmi 1555 şikayət var
Məqsədimiz yaxşıdır!
Problemin varsa, Gec olmadan, Qorxmadan, Gizli şəkildə, Yalansız
şikayətim umico "hərşey" (kargo ) şirkəti ilə bağlıdır
Şamx **z
Şamx **z
4 ay öncə
Salam, şikayətim həm problemimim həlli ilə bağlı, həm də vətəndaşları bu fırıldaqçılığa qarşı məlumatlandırmaqdır.
Şikayətim Umico "hərşey" (kargo ) şirkəti ilə bağlıdır. 9000695218 izləmə kodlu Trendyoldan sifariş verdiyim məhsulun bir hissəsi ək***ir. Umico kargo şirkəti ilə əlaqə saxladım bununla bağlı məlumat verdim. Araşdırıb bir müddət sonra mənə məhsulun satıcı tərəfindən əksik qoyulduğunu söyləyib, Trendyol asistana müraciət etməyimi bildirdilər.
Trendyol asistana müraciət etdim. Lakin müraciətim mənfi rəyləndirildi və məhsulun satıcı tərəfindən təhvil verilməsində bir problem olmadığını bildirib, tələbimi rədd etdilər. Nəticədə mənim məhsullarımın pulunu da qaytarmadılar.
İndi isə aşağıda qeyd etdiyim faktlar və sübutlarla kargo şirkətinin fırıldaqçılığını və ikili oynamasını əsaslandıracam.
1) Mənə problemlə bağlı Trendyol asistana müraciət etməyimi söyləyirlər, amma Trendyol bu məsələ ilə bağlı çatdırılma şirkəti olaraq ilk bu şirkətə sorğu göndərir . Amma müsbət rəy vermirlər ki, mənim məsələm həll olunsun.Çünki məhsulları özləri itirib, bunu Trendyola açıqlaya bilmirlər
2) Bağlamanın üzərində sifariş verdiyim bütün məhsulların adları A4 kağızda qeyd olunub yapışdırılıb.Satıcının əksik qoyduğunu söyləyən kargo şirkəti bəs məhsulu adları ilə necə yoxlayıb təhvil alıb?11 məhsuldan sadəcə 3-ü ək***ir, onların da hərəsindən 2 ədəd .İtən məhsulların adları da bağlamanın üzərində bütün məhsullarla birlikdə qeyd olunmuşdur.
3) Bağlamanın üzərində kargo şirkətinin logosunun və məlumatlarının yer aldığı, bağlamanın çəkisinin yazıldığı etiket vurulmuşdur. Etiketde bağlamanın 17 kq olduğu qeyd olunmuşdur. Amma təhvil məntəqəsinin işçisi də mənimlə razıdır ki,heç orda 10 kq ağırlıq yoxdur. Bu da o deməkdir məhsullar həmin bağlamanın içində olub Trendyoldan təhvil alınarkən, sonradan kargo şirkəti itirmişdir.
Qeyd: Bütün yuxarıda yazdığım faktların sənədləri və yazışmaları məndədir.
Məhsulların tapılmasını qoydum bir qırağa,heç mənim pulumu da qaytarmırlar. Halbuki heç belə halda pulumuzun qayıtmağı belə bizə sərf etmir.
Biz məhsulları müəyyən endirimlərlə alırıq onlar itəndə isə biz təkrar almaq istəyəndə bizə həmin məhsulların dəyərinin 2-3 qatı ziyan dəyir. Çünki,pulumuz qayıtsa belə , tətbiq etdiyimiz endirimlər və kuponlar qayıtmır. Oturub ziyanı fikirləşərkən ,heç ödədiyim pulu da qaytarmadılar
Məsələnin həlli ilə bağlı hətta Trendyol hesabımı kargo şirkətinin əməkdaşına verdim ki, girib məsələnin həqiqiliyinə özləri baxsın, qarşılığında isə ikiüzlülük ilə qarşılaşdım, əminəm ki, bu halla bir çox vətəndaş qarşılaşmışdır.
Mən Trendyolda bir günah görmürəm, bu kargo şirkətinin bir oyunudur. Məsuliyyəti üzərindən atmaq üçün Trendyola müraciət etməyi bildirir, amma Trendyol onlara sorğu göndərdikdə mənfi rəy verirlər, özlərini təmizə çıxarırlar olan vətəndaşlara, müştərilərə olur.
Birmənalı olaraq öz mövqeyimdə deyə bilərəm ki,bu şirkət kargo istiqamətində özünü doğrulda bilmir, bunu öz satış istiqamətinə müştəri cəlb etmək üçün etsə belə, bununla vətəndaşların güvənini itirir.
Şikayətim Umico
Oxunub: 127 dəfə.
Kateqoriya: Şikayətlər
Kimliyiniz həmişəlik məxfi qalacaq.
Etika qaydalarına riayət etmək şərtdir!
Yaz
Umico kargo Barədə Digər Şikayətlər
şamx **z
Salam, şikayətim həm problemimim həlli ilə bağlı, həm də vətəndaşları bu fırıldaqçılığa qarşı məlumatlandırmaqdır. Şikayətim Umico "hərşey" (kargo ) şirkəti ilə bağlıdır. 9000695218 izləmə kodlu Trendyoldan sifariş verdiyim məhsulun bir hissəsi əksikdir. Umico kargo şirkəti ilə əlaqə saxladım bununla bağlı məlumat verdim. Araşdırıb bir müddət sonra mənə məhsulun satıcı tərəfindən əksik qoyulduğunu söyləyib, Trendyol asistana müraciət etməyimi bildirdilər. Trendyol asistana müraciət etdim. La..
Şikayətim Umico
1 0 0 128
Böyü **d
Salam aleykum. Şikayətim Umico kargodandır. Trendyoldan sifariş etdiyim mal 3 gündür kargodadı, dünən zəng etdim dedilər bu gün çatdırılacaq. Bu gün də günün sonudur gətirməyiblər. Bu maldan sonra sifariş etdiyim malı gətiriblər amma. Umiconu tağ edə bilmirəm zəhmət olmasa kim tağ edə bilirsə tağ etsin bura...
0 0 1 77
Jalə **y 4 ay öncə

Eynən məndə sizin kimi.Bu gün tullana tullana bir köynək gətiriblər.11 ədəd malı da qeyd etmişəm yoxdu..


Statistika
Bakcell 52 ş.
Kontakt Home 30 ş.
Bakcell 28 ş.
Umico 25 ş.
Kapital Bank 25 ş.
Nar Mobile 22 ş.
Narmobile 18 ş.
Bolt 15 ş.
Araz Maket 14 ş.
Azparking/BNA 13 ş.
Oxşar şikayətlər