şikayətim vadi. Az kargo şirkətindəndir. Dünən gətirilən bağlamarımdan biri (qutuda olan) cırılıb və içərisindən məhsuldan biri götürülüb. Ancaq mən bağlamanı orda yox evde açdığım üçün bunu araşdırmaqdan imtina edirlər. Texniki cəhətdən doğrudur orda açmalı idim. Ancaq tələsdiyim və bir neçə bağlamalarım olduğu üçün yerinde yoxlaya bilmədim.
Amma mən bu şirkətlə artıq 4 ildən çoxdur işləyirəm. Belə bir yalanı niyə deyim. Və yayda da onlar mənim paltarımı da itirmişdilər və qəti şəkildə məhsulu qəbul etmədiklərini bildirirdilər. Ancaq bütün sübutlar təqdim edildikdən 1 ay sonra paltarı geri qaytardılar. Indi sadəcə orda açmadığım üçün məsələ araşdırılmır. özlərini tag eləmək də olmur.
Görünür şikayətlər çox olduğu üçün bu addımı atıblar. Qısacası həqiqətən bütün sifarişləri yerində yoxlamaq lazımdır.
Nə günə qalasan ki,kiminsə pulu ilə aldığı məhsulu arsızcasına mənimsəyəsən. ..