Az öncə hər gün daimi müştərisi olduğum, Biləcəridə hələ açılışının bir neçə ayı yeni tamam olmuş Rahat market də kassaya yaxınlaşıb növbəmi tutdum. Kassanın yanındakı meyvə vitrinində bir müştəri məhsulu vurmaq üçün satıcını çağırdı, satıcı da o biri tərəfdə meyvələri düzəldirdi. Bunu eşidən administrator oğlan yaxınlaşıb başladı meyvəyə baxan xanımı danlamağa. Meyvə alan adam özü peşman oldu satıcını çağırmağa. Adminstrator kassanın böyründə, müştərilərin yanında yüksək səslə dayanmadan kobud formada danlayır satıcını. Digər administrator xanım da gəlib durdu yanında kənardan tırka verir. Öncə kassadakı xanıma "o adminə deyərsiz, bu etdiyi hərəkət etik deyil. Müştərilərin yanında belə tərbiyəsizlik etməzlər" deyib məhsulu kassaya vurub ayrılmaq istədim, gördüm yox bu qardaş qadının sakitliyindən istifadə edib dayanmır. Yaxınlaşıb çox mədəni şəkildə "müəllim, bu etdiyiniz hərəkət etik deyil. Kassanın qabağında müştərilərin gözü önündə satıcını belə kobud danlaya bilməzsiniz, vəzifənizdən sui-istifadə etməyin. Bir də qarşılaşsam sizi şikayət edəcəyəm" dedim, bu oğlan da başı ilə yolaverərcəsinə "hə, hə, yaxşı" deyib çönüb başladı xanımı danlamağa davam etməyə. Sanki heç vecinə də deyil müştərinin şikayəti. Geri qayıdıb kassirə özünün eşidəcəyi tərzdə "vecinə də deyil. Mən bu tərbiyəsizə görə bir daha bu mağazaya ayaq qoymayacağam" dedim. Mənə tərəf dönüb bədən dili ilə "əcəb edirəm", dili ilə "hə, hə, oldu, sağol" dedi. Geri qayıdıb təpiyimin altına salmamaq üçün özümü zor tutub tez çıxdım mağazadan.
Üzümü tuturam Rahat Marketin rəhbər şəxslərinə: Bu adamlara vəzifə vermədən öncə təlim keçmirsiniz? Qabında yoxdu, cəhənnəmə, barı təlim keçin, müştərilərin yanında nə olar, nə olmaz, müştərilərlə necə davranmaq lazım olduğunu öyrədin barı.
Kimsən də sən? Nə hesab edirsən özünü? Aşağı-yuxarı mağazada səlahiyyət verilən adi işçisən də. Sabah səhvin olacaq, dalından təpik vurub atacaqlar bayıra, gedib mağazaya satıcı vakansiyası üçün CV atacaqsan da, nə böyük motal hesab edirsən özünü? Nolsun administratorsan? Gəl otur işçilərin boynuna. Tərbiyəsiz!